30 Aprel 2020 17:18

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın məlumatı

Azərbaycan Respublikasında 38 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 58 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, arterial hipertenziya xəstəliyi olan 1951-ci il təvəllüdlü vətəndaş vəfat etmişdir.

Hazırkı dövrədək ölkəmizdə 1804 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1325 nəfər müalicə olunaraq sağalmış, 24 nəfər vəfat etmiş, 455 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 24 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 143.079 test aparılmışdır.

Zəng sifariş et