09 Aprel 2019 09:47

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının elan etdiyi qrant müsabiqəsində icbari tibbi sığorta mövzusu da yer alıb

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT layihələrinin maliyyələşməsi ilə bağlı 2019-cu il dördüncü qrant müsabiqəsini elan edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası qrant müsabiqəsində iştirak etmək üçün Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş QHT-ləri ərizə təqdim etməyə dəvət edir.

Şura “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq aşağıdakı mövzular üzrə layihələri qəbul edir:

SN

Müsabiqə mövzusunun istiqaməti

Bir layihə üçün maksimum məbləğ

(Manatla)

1.

Bloggerlik/Vloggerlik fəaliyyətinin genişləndirilməsinə dair təşəbbüslər

10 000,0

2.

Xarici televiziyalarda Azərbaycanla bağlı verilişlərin və reportajların hazırlanmasına dair təşəbbüslər

15 000,0

3.

Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının fəaliyyətinin beynəlxalq arenada dəstəklənməsinə dair təşəbbüslər

15 000,0

4.

İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbirlərin keçirilməsi

10 000,0

5.

Televiziyalarla birgə (internet televiziyaları istisna olmaqla) ictimai əhəmiyyət kəsb edən məsələlərə dair sosial çarxların və verilişlərin hazırlanması

10 000,0

6.

Sosial media üzrə bilik və bacarıqların artırılmasına dair təşəbbüslər

10 000,0

7.

Dənizkənarı ərazilərdə (çimərlik) ətraf mühitdəki mövcud ekosistemin və müvafiq infrastrukturun monitorinqinə dair təşəbbüslər

10 000,0

8.

Azərbaycanda yaşayan milli azlıqların mədəni irsinin təbliğinə dair təşəbbüslər

10 000,0

9.

Açıq hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizə sahəsində tədqiqatların aparılması və tədbirlərin keçirilməsi

10 000,0

10

Məişət zorakılığı ilə mübarizə sahəsində təşəbbüslər

10 000,0

11

İstehlakçıların hüquqlarının və qida təhlükəsizliyinin qorunmasına dair təşəbbüslər

10 000,0

12

Azərbaycanda yaşayan əcnəbilərin və qaçqın statusu verilmiş şəxslərin Azərbaycan cəmiyyətinə inteqrasiyasının dəstəklənməsinə dair təşəbbüslər

10 000,0

13

Yol hərəkəti təhlükəsizliyi qaydalarının təbliğinə dair təşəbbüslər

10 000,0

14

İcbari tibbi sığorta barədə ictimai məlumatlılığın artırılmasına dair təşəbbüslər

10 000,0

15

Bələdiyyə seçkiləri ilə bağlı seçicilər arasında maarifləndirmə tədbirlərinin keçirilməsinə dair təşəbbüslər

10 000,0

Müsabiqədə iştirak edən QHT irəli sürdüyü problemin həlliilə bağlı müvafiq sahələr üzrə zəruri potensiala malik işçi (ekspert) heyətinə malik olmalıdır.

Layihələrin müddəti

Layihələrin müddəti 2 aydan 6 ayadək ola bilər.

Qrantın məbləği

  • 2018-ci il dekabrın 31-dən sonra dövlət qeydiyyatına alınmış QHT-lər 3000 (üç min) manatdan artıq olmayan məbləğdə layihə təklifləri ilə müraciət edə bilər.

Müsabiqə mərhələləri

Müsabiqə üzrə ərizə və layihə sənədlərinin qəbulu 8 aprel 2018-ci il tarixdən elektron qaydada həyata keçirilir. Müsabiqə prosesi 5 mərhələ üzrə aparılır:

  • 1-ci mərhələ - Ərizənin qeydə alınması və layihə sənədlərinin qəbulu;

Bu mərhələ 5 aprel–3 may 2019-cu il saat 18.00-dək müddəti əhatə edir.

  • 2-ci mərhələ - Ərizələrin texniki seçim mərhələsi;

Bu mərhələ 8 aprel–3 may 2019-cu il tarixədək müddəti əhatə edir. Təqdim olunan ərizə, əlavə edilmiş sənədlər araşdırılır və ərizənin qeydə alınıb-alınmaması barədə QHT-yə elektron bildiriş göndərilir.

  • 3-cü mərhələ - Layihə sənədlərinin texniki seçim mərhələsi;

Bu mərhələ 8 aprel- 13 may 2019-cu il tarixlərini əhatə edir. Təqdim olunan layihə sənədləri araşdırılır və layihənin qeydə alınıb-alınmaması barədə QHT-yə elektron bildiriş göndərilir.

  • 4-cü mərhələ - Qeydə alınmış layihələrin vətəndaşlar və ekspertlər tərəfindən qiymətləndirilməsi;

Bu dövr 14 may - 07 iyun 2019-cu il tarixlərini əhatə edir. Bu mərhələdə qeydə alınmış layihələr Şuranın e-vətəndaş proqramı vasitəsilə vətəndaşlar və ekspertlər tərəfindən onlayn qaydada qiymətləndirilir.

  • 5-ci mərhələ - Şurada müzakirə və qaliblərin elan edilməsi;

Müsabiqə qalibləri 2019-cu il iyunun 14-dən sonra elan olunacaq. Müsabiqənin nəticələri haqda məlumatlar Şuranın rəsmi internet saytında və digər internet informasiya resurslarında dərc ediləcək.

Əlavə məlumatlar

Müsabiqə ilə əlaqədar məlumatlandırma sessiyası 12 aprel 2019-cu il saat 15.00-da Şuranın inzibati binasında (Bakı şəhəri, Fikrət Əmirov küçəsi 1, 2-ci mərtəbə) keçiriləcək.

Müsabiqədə iştirakla bağlı e-ərizə bölməsindən istifadəyə dair təlimatla (http://e-qht.az/news/one/68tanış olmaq olar.

Əlavə məlumat almaq üçün Şura Katibliyinin məsləhətçisi Elnur Bağırlıya müraciət etmək olar.

Tel/faks: (012) 493 17 32/80 (daxili nömrə:270).

E-mail: ebagirli@cssn.gov.az

Ətraflı məlumatı linkdən əldə etmək olar: https://bit.ly/2U7puf0

Elanlar

12 ay müddət üzrə İnvestisiya xidmətləri”nin satın alınması üzrə keçirilmiş təkliflər sorğusunun qalibi müəyyən olub

18 Yanvar 2022 18:00

“Dezinfeksiyaedici vasitələri”nin satın alınması üzrə keçirilmiş açıq tenderin qalibləri müəyyən olub

18 Yanvar 2022 17:00

“Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya şöbəsi üçün spesifik dərman vasitələri”nin satın alınması üzrə keçirilmiş açıq tenderin qalibləri müəyyən olub

18 Yanvar 2022 16:00

“Hemofiliya xəstəliyi üzrə mübarizə tədbirləri" çərçivəsində dərman və tibbi təyinatlı vasitələrin satın alınması üzrə keçirilmiş açıq tenderin qalibləri müəyyən olub

12 Yanvar 2022 23:00

“İmtiyazlı qrupa daxil olan xəstələrin təminatı üçün dərman vasitələri"nin satın alınmasına üzrə keçirilmiş açıq tenderin qalibləri müəyyən olub

10 Yanvar 2022 18:00

“Endoprotez və digər travmatoloji əməliyyatlarda istifadə olunan tibbi sərf materialları”nın satın alınması üçün elan edilmiş açıq tender üzrə sənədlərin qəbulu tarixi uzadılır

27 Dekabr 2021 12:00

“Milli Hematologiya və Transfuziologiya Mərkəzi” PHŞ-nin Talassemiya bölməsi üçün cərrahi alət və spesifik ləvazimatların satın alınması üzrə keçirilmiş açıq tendirin qalibləri müəyyən olub

24 Dekabr 2021 13:00

“Milli vərəm proqramı üzrə dərman vasitələri”nin satın alınması üzrə keçirilmiş açıq tender imtina edilir

22 Dekabr 2021 11:27

“Endoprotez və digər travmatoloji əməliyyatlarda istifadə olunan tibbi sərf materialları”nın satın alınması üçün elan edilmiş açıq tender üzrə sənədlərin qəbulu tarixi uzadılır

17 Dekabr 2021 18:00

“Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair dövlət proqramı” üzrə dərman vasitələrinin satın alınması üçün elan edilmiş açıq tender üzrə sənədlərin qəbulu tarixi uzadılır

10 Dekabr 2021 17:49