05 Noyabr 2022 16:19

“Dağınıq skleroz xəstələrinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət proqramı” üzrə nəzərdə tutulan dərman vasitələrinin satın alınması üçün tender elan edilir

Elektron satınalmada iddiaçı qismində satınalmaların predmeti üzrə müvafiq təcrübəyə malik mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri iştirak edə bilərlər.  

Tender iştirakçıları https://www.etender.gov.az dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları və ya asan imzaları vasitəsilə daxil olmaqla tender haqqında ətraflı məlumatı əldə edə bilərlər.

Tender 1 lot üzrə keçirilir:

LOT-1. Dağınıq skleroz xəstələrinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət proqramı” üzrə nəzərdə tutulan dərman vasitələrinin satın alınması;

     İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. İddiaçının tam adı hüquqi statusu nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

  2. Tender iştirakçısının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında vergi orqanı tərəfindən verilmiş arayış;   

  3. İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

  4. Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması;

  5. İddiaçının son bir ildəki fəalyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətə fəaliyyət göstərirsə həmin dövrü əhatə edən maliyyə hesabatının surəti);

  6. Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd.

  7. İddiaçının tender təklifi (tender təklifi zərflərinin açıldığı gündən sonra 50 (əlli) bank günü qüvvədə olmalıdır.

  8. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 (otuz) bank  günü çox olmalıdır);

  9. Tender iştirakçısının müflis elan olunmaması əmlakı üzərinə həbs qoyulmaması ödənişə yönəlmiş girovun olmaması məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat;

  10. İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyekti olması haqqında müvafiq səlahiyyətli orqan tərəfindən verilmiş arayış;

  11. Tender iştirakçısının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün habelə işlərini idarə edənlərin qulluqçularının peşəkar fəaliyyətləri yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat (malgöndərən (podratçı) Daxili İşlər Nazirliyindən və ya ASAN Xidmət Mərkəzlərindən məhkumluq ilə bağlı arayış alır);

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olumalıdır). Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 29.11.2022 - ci il saat 15:00 tarixinə, tender təklifi və tender təklifinin bank təminatını isə 07.12.2022 - ci il saat 18:00 tarixinə qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçının təklifləri 08.12.2022 - ci il saat 15:00 tarixində açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər. İddiaçı tender ilə bağlı sualları Portal vasitəsi ilə Satınalan təşkilata ünvanlaya bilər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıkarı lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsi ilə aparılır. 

 

 

 

TENDER KOMİSSİYASI

Zəng sifariş et