27 Dekabr 2021 12:00

“Endoprotez və digər travmatoloji əməliyyatlarda istifadə olunan tibbi sərf materialları”nın satın alınması üçün elan edilmiş açıq tender üzrə sənədlərin qəbulu tarixi uzadılır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən “Endoprotez və digər travmatoloji əməliyyatlarda istifadə olunan tibbi sərf materialları”nın satın alınması üçün 22 noyabr 2021-ci il tarixində elan edilmiş açıq tender üzrə malgöndərənin sorğusu əsasında "Dövlət satınalmaları haqqında" AR Qanunun 30.2-ci maddəsinə əsasən ilkin sənədlərin qəbulu tarixi 05 yanvar 2022-ci il saat 15:00-dək, tender təklifləri və təkliflərin təminatı sənədlərinin qəbulu isə 13 yanvar 2022-ci il saat 18:00-dək uzadılır. Tender üzrə təklif zərflərinin açılışı 14 yanvar 2022-ci il tarixində saat 15:00-də keçiriləcəkdir. Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tender Komissiyası

Zəng sifariş et