28 İyul 2021 16:09

 Hemofiliya xəstəliyi ilə mübarizə tədbirlərinin icrası ilə əlaqədar dərman vasitələrinin satınalınması üzrə keçirilmiş açıq tenderin qalibi müəyyən edilib

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsi tərəfindən Hemofiliya xəstəliyi ilə mübarizə tədbirlərinin icrası ilə əlaqədar dərman vasitələrinin satınalınması üzrə keçirilmiş açıq tender prosedurunun qalibi “Avromed Company” Qapalı Səhmdar Cəmiyyəti müəyyən edilmişdir.

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsi ilə “Avromed Company” Qapalı Səhmdar Cəmiyyəti arasında 22.07.2021-ci il tarixində 10,424,828.00 (on milyon dörd yüz iyirmi dörd min səkkiz yüz iyirmi səkkiz manat 00 qəpik) manat məbləğində satınalma müqaviləsi imzalanmışdır. 

 

Zəng sifariş et