11 Noyabr 2021 09:28

“Hemofiliya xəstəliyi üzrə mübarizə tədbirləri" çərçivəsində dərman və tibbi təyinatlı vasitələrin satın alınması üçün elan edilmiş açıq tender üzrə sənədlərin qəbulu tarixi uzadılır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən “Hemofiliya xəstəliyi üzrə mübarizə tədbirləri" çərçivəsində dərman və tibbi təyinatlı vasitələrin” satın alınması üçün 18 oktyabr 2021-ci il tarixində elan edilmiş açıq tender üzrə malgöndərənin sorğusu əsasında "Dövlət satınalmaları haqqında" AR Qanunun 30.2-ci maddəsinə əsasən ilkin sənədlərin qəbulu tarixi 17 noyabr 2021-ci il saat 18:00-dək, tender təklifləri və təkliflərin təminatı sənədlərinin qəbulu isə 25 noyabr 2021-ci il saat 18:00-dək uzadılır. Tender üzrə təklif zərflərinin açılışı 26 noyabr 2021-ci il tarixində saat 18:00-də keçiriləcəkdir. Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tender Komissiyası

 

 

Zəng sifariş et