07 Fevral 2023 11:00

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Çağrı mərkəzində “Açıq qapı” günü keçiriləcək

Agentliyin Çağrı mərkəzi xidmətində 14 fevral 2023-cü il tarixində media və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün “Açıq qapı” günü keçiriləcək.

Tədbir media nümayəndələri üçün həmin tarixdə saat 11:00-dan 13:00-dək, QHT nümayəndələri üçün isə 15:00-dan 17:00-dək keçiriləcək. Həmin müddət ərzində Çağrı mərkəzinə yaxınlaşmaq mümkündür.

Hər bir media və QHT nümayəndəsi bu tədbirə dəvətlidir.

“Açıq qapı" gününün keçirilməsində məqsəd dəvətliləri qurumun Çağrı mərkəzinin fəaliyyəti ilə əyani tanış etmək, zənglərin cavablandırılması və qeydə alınması proseslərini izləmələrinə şərait yaratmaq, onları maraqlandıran sualları cavablandırmaqdır.

“Açıq qapı”nın keçiriləcəyi ünvan:

Begoc Biznes Mərkəzi, Bakı, Zərifə Əliyeva küç. 93

Zəng sifariş et