25 Aprel 2019 11:46

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə sahibkarlarla görüş keçiriləcək

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşəbbüsü və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə 02.05.2019-cu il tarixində “İcbari tibbi sığorta sistemində sahibkarların (işəgötürənlərin) rolu: sığortalan və sığortala” mövzusunda dəyirmi masa keçiriləcəkdir.

İcbari tibbi sığorta sosial layihə olaraq əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verməklə səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirmək məqsədi daşıyır.

Dəyirmi masada müzakirə olunacaq mövzular:

  • Azərbaycanda icbari tibbi sığortanın tətbiqi: 2020-ci ilə hazırlıq
  • İcbari tibbi sığorta üzrə sığortalıların hüquq və vəzifələri
  • Əhalinin sağlamlığının qorunmasında icbari tibbi sığortanın rolu

Tədbirdə iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:

https://sahibkarliq.typeform.com/to/DF7fyB

Tədbirin vaxtı: 02 may 2019-cu il, saat 10:00 – 13:00

Tədbirin keçiriləcəyi yer: Nizami küç., 90A, Landmark III

Elanlar

“Neyrocərrahiyyə əməliyyatlarında istifadə olunan mikro alətlər və spesifik sərfiyyat materialları”nın satın alınması üzrə açıq tenderin qalibi müəyyən olunub

17 Noyabr 2021 10:26

“Oynaq endoprotezləşməsində istifadə olunan sərfiyyat malları”nın satın alınması üzrə elan olunmuş müsabiqə ləğv edilir

12 Noyabr 2021 18:00

“Talassemiya ilə mübarizə tədbirləri" çərçivəsində dərman və tibbi təyinatlı vasitələrin satın alınması üçün elan edilmiş açıq tender üzrə sənədlərin qəbulu tarixi uzadılır

11 Noyabr 2021 09:51

“Hemofiliya xəstəliyi üzrə mübarizə tədbirləri" çərçivəsində dərman və tibbi təyinatlı vasitələrin satın alınması üçün elan edilmiş açıq tender üzrə sənədlərin qəbulu tarixi uzadılır

11 Noyabr 2021 09:28

“Uşaqlarda anadangəlmə ürək qüsurlarının aradan qaldırlması tədbirləri üzrə dərman vasitələri”nin satın alınması üzrə keçirilən açıq tenderin qalibləri müəyyən olunub

05 Noyabr 2021 09:26

"İmmunobioloji dərman vasitələri"nin satınalınması üzrə keçirilən açıq tenderin qalibləri müəyyən olunub

04 Noyabr 2021 09:11

“Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair dövlət proqramı” üzrə sərfiyyat mallarının satınalınması üzrə keçirilən açıq tenderin qalibləri müəyyən olunub

04 Noyabr 2021 09:08

“Tibb müəssisələri üçün spesifik dərman vasitələri”nin satın alınması üzrə elektron satınalma vasitəsilə keçirilən açıq tenderin qalibləri müəyyən olunub

04 Noyabr 2021 09:03

Agentlik “2017-2021-ci illər üçün Qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı” üçün dərman vasitələrinin satın alınması üzrə açıq tender elan edir

22 Oktyabr 2021 18:00

Agentlik “Tibb müəssisələrinin istifadəsi üçün tibbi ləvazimat və sərfiyyat materialları”nın satın alınması üzrə açıq tender elan edir

22 Oktyabr 2021 18:00