04 Noyabr 2021 09:11

"İmmunobioloji dərman vasitələri"nin satınalınması üzrə keçirilən açıq tenderin qalibləri müəyyən olunub

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsi tərəfindən İmmunobioloji dərman vasitələrinin satınalınması üzrə elektron satınalma vasitəsilə keçirilən açıq tender prosedurunun qalibləri 2 iddiaçı “Esam LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Referans Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti müəyyən edilmişdir.

20.10.2021-ci il tarixində “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsi ilə “Esam LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 217 268.98 (iki yüz on yeddi min iki yüz altmış səkkiz manat 98 qəpik) manat və “Referans Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 1 476 475.00 (bir milyon dörd yüz yetmiş altı min dörd yüz yetmiş beş manat 00 qəpik) manat məbləğində satınalma müqaviləsi imzalanmışdır.

Zəng sifariş et