08 Sentyabr 2021 17:28

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Hematologiya bölməsi üçün spesifik dərman vasitələrinin satın alınması üzrə keçirilmiş açıq tenderin qalibləri müəyyən olunub

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsi tərəfindən Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Hematologiya bölməsi üçün spesifik dərman vasitələrinin satın alınması üzrə keçirilmiş açıq tender (elektron) prosedurunun qalibləri 3 iddiaçı “Yurd Pharma” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Referans Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Keşəli” Məhdud Məsuliyyətli Cəmiyyəti müəyyən edilmişdir. 

06.09.2021-ci il tarixində “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsi ilə “Yurd Pharma” Məhdud Məsuliyyətli Cəmiyyəti 385,084.74 (üç yüz səksən beş min səksən dörd manat 74 qəpik) manat, “Referans Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti 340,439.44 (üç yüz qırx min dörd yüz otuz doqquz manat 44 qəpik) manat, “Keşəli” Məhdud Məsuliyyətli Cəmiyyəti 21,033.50 (iyirmi  bir min otuz üç manat 50 qəpik) manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.
 

Zəng sifariş et