25 Sentyabr 2018 12:50

Mingəçevir şəhər sakinlərinin nəzərinə!

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin əvvəlcədən təsdiq edilmiş vətəndaşların qəbulu qrafikinə uyğun olaraq bəzi qəbul günlərində qəbulun icbari tibbi sığortanın pilot layihə olaraq həyata keçirildiyi ərazilərdə təşkili nəzərdə tutulmuşdur. Növbəti qəbul günü olan 03 oktyabr 2018-ci il tarixində saat 10:00-dan başlayaraq Mingəçevir şəhəri Mərkəzi Xəstəxanasında (Ünvan: Mingəçevir şəhəri, 20 Yanvar küçəsi, 12, 3-cü mərtəbə, konfrans zalında) Mingəçevir şəhər sakinləri qəbul ediləcəkdir.

Qəbula gəlmək istəyən vətəndaşlar 25 sentyabr-02 oktyabr 2018-ci il tarixlərində şəxsiyyəti təsdiq edən sənədlə birgə Mingəçevir şəhəri Mərkəzi Xəstəxanasının qeydiyyat bölməsinə (poliklinika I mərtəbə, giriş) müraciət etməklə, eləcə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (+994 12) 310 07 70 (daxili 20-08) əlaqə nömrəsinə zəng etməklə və ya Agentliyin info@its.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlardan Agentliyin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı müraciət etmələri və şəxsiyyəti təsdiq edən sənədlə birgə gəlmələri xahiş olunur. Müraciətini yazılı təqdim etmək istəyən vətəndaşların diqqətinə çatdırırıq ki, müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir.

Elanlar

Agentliyin inzibati binası üçün təmizlik işlərinin satınalınması məqsədilə keçirilmiş açıq tenderin qalibi müəyyən olub

18 Avqust 2022 09:26

“Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair dövlət proqramı” üzrə tibbi sərfiyyat mallarının satınalınması üçün keçirilmiş açıq tenderin qalibləri müəyyən olub

17 Avqust 2022 10:38

Agentlik “Yüklərin şəhər və rayonlara daşınması üçün yükdaşıma, avtokar, kran, evakuasiya və fəhlə xidmətləri”nin satın alınması üzrə təkliflər sorğusu elan edir

01 Avqust 2022 17:23

Agentliyin İdarə Heyətinin sədri Göyçay rayonunda vətəndaşları qəbul edəcək

29 İyul 2022 10:35

Agentlik  rentgen və digər diaqnostik vasitələrinin satın alınması üzrə açıq tender elan edir

27 İyul 2022 17:32

Agentliyin inzibati binasında turniketlərin satın alınması məqsədilə keçirilən açıq tenderin qalibi müəyyən olunub

27 İyul 2022 09:12

“Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramının icrası məqsədilə tibbi ləvazimatların” satın alınması üçün keçirilmiş tenderin qalibi müəyyən olub

06 İyul 2022 16:00

Agentliyin İdarə Heyətinin sədri Bərdə rayonunda vətəndaşları qəbul edəcək

30 İyun 2022 12:50

Agentlik eşitmə implant əməliyyat xidmətlərinin eşitmə implant dəstləri (daxili və xarici hissə) daxil olmaqla satın alınması üçün açıq tender elan edir

10 İyun 2022 18:00

“Neyrocərrahiyyə əməliyyatlarında istifadə olunan implant və ləvazimatlar”ın satın alınması üçün keçirilmiş təkliflər sorğusunun qalibi müəyyən olunub

10 İyun 2022 16:47