21 Noyabr 2019 11:10

QHT-lərə Dövlət Dəstəyi Şurası Agentliklə birgə layihələrin maliyyələşməsi ilə bağlı qrant müsabiqəsi elan edir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra – Şura) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) ilə birgə keçirdiyi qrant müsabiqəsində (bundan sonra – müsabiqə) Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş və müvafiq mövzu üzrə ixtisaslaşmış QHT-ləri iştirak etməyə dəvət edir.

Şura və Agentlik “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq aşağıdakı mövzular üzrə layihələri qəbul edir: 

SNMüsabiqə mövzusunun adıBir layihə üçün maksimum məbləğ

Maliyyələşəcək layihələrin sayı

1Regionlarda əhalinin icbari tibbi sığorta haqqında maarifləndirilməsi8000 (səkkiz min) manatadək10-dək layihə

 

Müsabiqədə iştirak edən QHT irəli sürdüyü problemin həlli  ilə bağlı müvafiq sahələr üzrə zəruri potensiala malik işçi (ekspert) heyətinə malik olmalıdır.

Layihələrin müddəti

Layihələrin müddəti 2 aydan 8 ayadək ola bilər.

Müsdabiqə fondu və maliyyələşəcək layihələrin sayı  

• Müsabiqə fondu 80000 (səksən min) manat təşkil edir.

• 10-dək layihənin maliyyələşməsi nəzərdə tutulur.

Qeyd:

• 2019-cu il yanvarın 1-dən sonra dövlət qeydiyyatından keçmiş QHT-lər 3000 (üç min) manatdan artıq olmayan məbləğdə layihə təklifləri ilə müraciət edə bilər.

Müsabiqə mərhələləri 

Müsabiqə üzrə QHT və layihə sənədlərinin qəbulu 20 noyabr 2019-cu ildən elektron qaydada həyata keçirilir. Müsabiqə prosesi  4 mərhələ üzrə aparılır:

1-ci mərhələ - QHT və layihə sənədlərinin qəbulu;

Bu mərhələ 20 noyabr–16 dekabr 2019-cu il tarixlərini əhatə edir.

 • 2-ci mərhələ - QHT və layihə sənədlərinin texniki seleksiyası;

Bu mərhələ 20 noyabr– 26 dekabr 2019-cu il tarixlərini əhatə edir. Təqdim olunan QHT və layihə sənədləri araşdırılır və layihənin qeydə alınıb-alınmaması barədə QHTyə elektron bildiriş göndərilir.

3-cü mərhələ - Qeydə alınmış layihələrin vətəndaşlar və ekspertlər tərəfindən qiymətləndirilməsi;

Bu mərhələ 27 dekabr 2019-cu il - 27 yanvar 2020-ci il tarixlərini əhatə edir. Bu mərhələdə qeydə alınmış layihələr Şuranın e-vətəndaş proqramı vasitəsilə vətəndaşlar və e-ekspertiza proqramı vasitəsilə ekspertlər tərəfindən elektron qaydada qiymətləndirilir.

4-cü mərhələ - Şurada müzakirə və qaliblərin elan edilməsi; Müsabiqənin nəticələri barədə məlumatlar 2020-ci il fevral ayının 10-dan sonra Şuranın rəsmi saytında və digər internet resurslarında yerləşdiriləcək.

Əlavə məlumat:

Müsabiqə ilə əlaqədar məlumatlandırma sessiyası 25 noyabr 2019-cu il, saat 11:00-da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin inzibati binasının “Mingəçevir” iclas zalında (Bakı şəhəri, Lev Tolstoy küçəsi, 170) keçiriləcək.

Zəng sifariş et