20 Oktyabr 2020 12:37
TƏBİB-in tabeliyində olan elmi-tədqiqat institutları və mərkəzlərinə 2020-ci il üçün doktorantura və dissertantura hazırlığı üzrə qəbul keçirilir
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 avqust 2020-ci il tarixli №493s Sərəncamı ilə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatlarının 2020-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planı təsdiq edilmişdir. Qeyd edilən Sərəncam əsasında TƏBİB, tabeliyində olan elmi-tədqiqat institutları və mərkəzlərə 2020-ci il üçün doktorantura və dissertantura hazırlığı üzrə qəbul elan edilir.
Aşağıdakı tibb müəssisələri göstərilən vakant yerlərə müsabiqə elan edir:
Akad. C.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutu 2020-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir:
Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya: Kardiologiya (3218.01) – 4 (büdcə hesabına);
Elmlər doktoru proqramı üzrə dissertanturaya: Kardiologiya (3218.01) – 3 (büdcə hesabına).
Sənədlər elan dərc olunan gündən 1 ay müddətində aşağıdakı ünvana təqdim edilməlidir.
Ünvan: Fətəli xan Xoyski, 101A, Bakı, Nərimanov, AZ1072
Telefon: (+994 12) 564-49-09, (+994 12) 564-49-72, (+994 12) 564-18-84.
K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu 2020-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir:
Fəlsəfə doktoru proqramı üzrə:
- doktoranturaya: Pediatriya (3220.01) – 1 (əyani – büdcə hesabına).
- dissertanturaya: Pediatriya (3220.01) – 1 (əyani – büdcə hesabına).
Sənədlər elan dərc olunan gündən 1 ay müddətində aşağıdakı ünvana təqdim edilməlidir.
Ünvan: Bəsti Bağırova, 17, Bakı, Yasamal, AZ1065
Telefon: (+994 12) 595-30-03, (+994 12) 594-79-25, (+994 12) 596-78-05
Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi 2020-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir:
Fəlsəfə doktoru proqramı üzrə:
- doktoranturaya:
- Cərrahlıq (3213.01) – 1 (qiyabi – ödənişli əsaslarla);
- Anesteziologiya və reanimatologiya (3231.01) – 1 (qiyabi – büdcə hesabına);
- Ürək və damar cərrahlığı (3236.01) 1 (qiyabi – ödənişli əsaslarla);
- dissertanturaya:
- Cərrahlıq (3213.01) – 2 (büdcə hesabına).
- Anesteziologiya və reanimatologiya (3231.01) – 1 (büdcə hesabına);
Elmlər doktoru proqramı üzrə dissertanturaya:
- Cərrahlıq (3213.01) – 1 (ödənişli əsaslarla).
- Şüa diaqnostikası (3225.01) – 1 (büdcə hesabına).
- Ürək və damar cərrahlığı (3236.01) 1 (ödənişli əsaslarla);
Sənədlər elan dərc olunan gündən 1 ay müddətində aşağıdakı ünvana təqdim edilməlidir.
Ünvan: Abbas Mirzə Şərifzadə 196, Bakı, Yasamal, AZ1122
Tel.: +994 12 432 11 86 ; +994 12 432 18 30 ; +994 12 432 00 84
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu 2020-ci il üçün doktoranturaya qəbul elan edir:
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya:
- Travmatologiya və Ortopediya (3227.01) – 2 (əyani – büdcə hesabına);
- Travmatologiya və Ortopediya (3227.01) – 1 (qiyabi – büdcə hesabına);
Sənədlər elan dərc olunan gündən 1 ay müddətində aşağıdakı ünvana təqdim edilməlidir.
Ünvan: Abbas Səhhət, 32, Bakı, Nəsimi, AZ1007
Telefon: (+994 12) 440-53-21, (+994 12) 440-11-75.
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu 2020-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir:
Fəlsəfə doktoru proqramı üzrə:
- doktoranturaya: Mamalıq və ginekologiya (3215.01) – 3 (əyani – büdcə hesabına);
- dissertanturaya: Mamalıq və ginekologiya (3215.01) – 2 (büdcə hesabına).
Sənədlər elan dərc olunan gündən 1 ay müddətində aşağıdakı ünvana təqdim edilməlidir.
Ünvan: Kazım Kazımzadə, 118, Bakı, Yasamal, AZ1065
Telefon: (+994 12) 510-09-52, (+994 12) 510-09-51
Milli Hematologiya və Transfuziologiya Mərkəzi 2020-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir:
Fəlsəfə doktoru proqramı üzrə:
- doktoranturaya: Hematologiya və qanköçürmə (3232.01) – 2 (qiyabi – büdcə hesabına);
- dissertanturaya: Hematologiya və qanköçürmə (3232.01) – 6 (büdcə hesabına);
Sənədlər elan dərc olunan gündən 1 ay müddətində aşağıdakı ünvana təqdim edilməlidir.
Ünvan: Mirəli Qaşqay, 87, Bakı, AZ1007.
Tel.: (012) 440 53 18
Vəli Axundov adına Milli Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu 2020-ci il üçün dissertanturaya qəbul elan edir:
Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya: Yoluxucu xəstəliklər (3221.01) – 1 (ödənişli əsaslarla)
Sənədlər elan dərc olunan gündən 1 ay müddətində aşağıdakı ünvana təqdim edilməlidir.
Ünvan: Cəfər Cabbarlı, 37, Bakı, Yasamal, AZ1065
Telefon: (+994 12) 594-73-45, (+994 12) 594-69-31, (+994 12) 440-51-27.
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu 2020-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir:
Fəlsəfə doktoru proqramı üzrə:
- doktoranturaya:
- Mikrobiologiya (2414.01) – 1 (qiyabi – büdcə hesabına);
- Ftiziatriya (3228.01) 1 (qiyabi – büdcə hesabına);
- Pulmonologiya (3235.01) – 1 (qiyabi – büdcə hesabına);
- dissertanturaya:
- Mikrobiologiya (2414.01) – 1 (büdcə hesabına);
- Ftiziatriya (3228.01) 1 (büdcə hesabına);
- Pulmonologiya (3235.01) – 1 (büdcə hesabına);
Elmlər doktoru proqramı üzrə doktoranturaya: Ftiziatriya (3228.01) - 1 (qiyabi - büdcə hesabına);
Sənədlər elan dərc olunan gündən 1 ay müddətində aşağıdakı ünvana təqdim edilməlidir.
Ünvan: Məmmədəli Şərifli, 161, Bakı, Nizami, AZ1118
Telefon: (+994 12) 421-20-73, (+994 12) 421-44-98, (+994 12) 421-21-71.
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu 2020-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir:
Fəlsəfə doktoru proqramı üzrə:
- doktoranturaya:
- Sinir xəstəlikləri (3223.01) - 1 (əyani – büdcə hesabına);
- Bərpa təbabəti, idman təbabəti, müalicəvi bədən tərbiyəsi, kurortologiya və fizioterapiya (3245.01) - 1 (əyani – büdcə hesabına);
- dissertanturaya: Daxili xəstəliklər (3205.01) - 1 (büdcə hesabına);
Elmlər doktoru proqramı üzrə dissertanturaya:
- Sinir xəstəlikləri (3223.01) - 1 (büdcə hesabına);
- Bərpa təbabəti, idman təbabəti, müalicəvi bədən tərbiyəsi, kurortologiya və fizioterapiya (3245.01) - 1 (büdcə hesabına);
Sənədlər elan dərc olunan gündən 1 ay müddətində aşağıdakı ünvana təqdim edilməlidir.
Ünvan: Xətai, 9, Bakı, Nərimanov, AZ1008
Telefon: (+994 12) 496-07-06, (+994 12) 496-07-40.
Qeyd: Müsabiqədə iştirak etmək istəyənlər elan dərc olunduğu gündən 30 gün ərzində aşağıdakı sənədləri təqdim etməlidirlər:
Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul üçün:
- ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş yerindən xasiyyətnamə;
- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.
Elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbul üçün:
- ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);
- kadrların şəxsi-qeydiyyat vərəqi;
tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş yerindən xasiyyətnamə;
- əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi işlərin siyahısı;
- «Fəlsəfə doktoru» və ya «Elmlər namizədi» elmi (alimlik) dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.
Dissertantlıq yolu ilə təhsil almaq üçün aşağıdakı sənədlər təqdim edilir:
- ərizə (dissertantura təhsilini həyata keçirən müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş yerindən xasiyyətnamə;
- əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (fəlsəfə doktoru hazırlığı üzrə);
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);
- «Elmlər doktoru» elmi dərəcəsi iddiaçısı üçün fəlsəfə doktoru (elmlər namizədi) diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti; çap olunmuş elmi əsərlərin siyahısı (elmlər doktoru hazırlığı üzrə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.
Elanlar
Peyvəndləməyə cəlb olunan tibb işçiləri üçün vebinar keçiriləcək
18 Yanvar 2021 17:52
COVID-19-a qarşı peyvəndləmə üzrə səhiyyə işçiləri üçün təlim kursu keçirilir
08 Yanvar 2021 09:52
“Tibbi Koreya Akademiyası” adlı onlayn klinik təlim proqramı keçiriləcək
27 Noyabr 2020 12:27
Tibb işçiləri üçün virtual Koronavirus Məlumat Mərkəzi istifadəyə verilib
26 Noyabr 2020 15:53
Yoluxucu Xəstəliklərin Epidemiologiyası üzrə Avropa Elmi Konfransı keçiriləcək
20 Noyabr 2020 15:50
Tibb mütəxəssisləri COVID-19 infeksiyası ilə bağlı beynəlxalq simpozium və təlim kursuna dəvət olunurlar
20 Oktyabr 2020 14:38
“Elmi-tibbi jurnallar üçün uğurlu məqalə necə yazılmalıdır?” mövzusunda vebinar keçiriləcək
17 Sentyabr 2020 17:48
Tibb işçiləri üçün yeni sayt istifadəyə verilib
04 Sentyabr 2020 16:17
Tibb işçiləri üçün COVID-19-la bağlı beynəlxalq təcrübəyə əsaslanan video formatında təlim proqramı
24 Avqust 2020 17:34
ÜST tibb müəssisələri üçün növbəti vebinar keçirəcək
04 Avqust 2020 16:48