23 May 2022 11:54

“Uşaqlarda anadangəlmə ürək qüsurlarının aradan qaldırılması tədbirləri üzrə dərman vasitələri”nin satın alınması üzrə açıq tender elan edilir

Elektron satınalmada iddiaçı qismində satınalmaların predmeti üzrə müvafiq təcrübəyə malik mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.   

Tender iştirakçıları https://www.etender.gov.az dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları və ya asan imzaları vasitəsilə daxil olmaqla tender haqqında ətraflı məlumatı əldə edə bilərlər.

Tender 1 lot üzrə keçirilir:

LOT-1. Uşaqlarda anadangəlmə ürək qüsurlarının aradan qaldırılması tədbirləri üzrə dərman vasitələri”nin satın alınması

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. İddiaçının tam adı hüquqi statusu nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

  2. Tender iştirakçısının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında vergi orqanı tərəfindən verilmiş arayış;   

  3. İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

  4. Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması;

  5. İddiaçının son bir ildəki fəalyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətə fəaliyyət göstərirsə həmin dövrü əhatə edən maliyyə hesabatının surəti);

  6. Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd.

  7. İddiaçının tender təklifi (tender təklifi zərflərinin açıldığı gündən sonra 60 (altmış) bank günü qüvvədə olmalıdır.

  8. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 (otuz) bank  günü çox olmalıdır);

  9. Tender iştirakçısının müflis elan olunmaması əmlakı üzərinə həbs qoyulmaması ödənişə yönəlmiş girovun olmaması məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat;

  10. İddiaçının mikro, kiçik və orta sahibkarlıq subyekti olması haqqında müvafiq səlahiyyətli orqan tərəfindən verilmiş arayış;

  11. Tender iştirakçısının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün habelə işlərini idarə edənlərin qulluqçularının peşəkar fəaliyyətləri yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat (malgöndərən (podratçı) Daxili İşlər Nazirliyindən və ya ASAN Xidmət Mərkəzlərindən məhkumluq ilə bağlı arayış alır);

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olumalıdır). Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 13.06.2022 - ci il saat 11:00 tarixinə, tender təklifi və tender təklifinin bank təminatını isə 22.06.2022 - ci il saat 18:00 tarixinə qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçının təklifləri 23.06.2022 - ci il saat 11:00 tarixində açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər. İddiaçı tender ilə bağlı sualları Portal vasitəsi ilə Satınalan təşkilata ünvanlaya bilər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıkarı lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

 

TENDER KOMİSSİYASI

Elanlar

Agentliyin İdarə Heyətinin sədri Bərdə rayonunda vətəndaşları qəbul edəcək

30 İyun 2022 12:50

Agentlik eşitmə implant əməliyyat xidmətlərinin eşitmə implant dəstləri (daxili və xarici hissə) daxil olmaqla satın alınması üçün açıq tender elan edir

10 İyun 2022 18:00

“Neyrocərrahiyyə əməliyyatlarında istifadə olunan implant və ləvazimatlar”ın satın alınması üçün keçirilmiş təkliflər sorğusunun qalibi müəyyən olunub

10 İyun 2022 16:47

“Çağrı mərkəzinin proqram təminatının qurulması, sazlanması və texniki dəstək xidmətləri”nin satın alınması üçün keçirilmiş açıq tenderin qalibi müəyyən olunub

09 İyun 2022 16:00

Agentliyin inzibati binası üçün təmizlik işlərinin satın alınması üzrə açıq tender elan edilir

07 İyun 2022 15:30

Agentliyin İdarə Heyətinin sədri Balakən rayonunda vətəndaşları qəbul edəcək

02 İyun 2022 17:13

“Dərman və tibbi vəsaitlərin, eləcə də digər yüklərin daşınması üçün on bir ədəd yük avtomobil nəqliyyatı vasitələri”nin satın alınması üçün keçirilmiş açıq tenderin qalibi müəyyən olunub

02 İyun 2022 10:40

“Uşaqlarda anadangəlmə ürək qüsurlarının aradan qaldırılması tədbirləri üçün ləvazimatlar və sərfiyyat materialları”nın satın alınması üzrə açıq tender elan edilir

01 İyun 2022 16:31

“Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramının icrası məqsədilə dərman vasitələri”nin satın alınması üçün keçirilmiş açıq tenderin qalibi müəyyən olub

26 May 2022 14:32

“Tibb müəssisələri üçün tibbi avadanlıqlar və tibbi alətlər"in satın alınması üzrə açıq tender elan edilir (II elan)

24 May 2022 10:10