16 Mart 2021 15:16

Xarici ölkələrin COVID-19 üzrə vaksinasiya təcrübələri haqqında vebinar keçiriləcək

19 mart 2021-ci il tarixində saat 12:00-da  Britaniya Tibb Jurnalı (BMJ) və Asiya İnkişaf Bankının (ADB) birgə təşkilatçılığı ilə “Dünyada keçirilən COVID-19 üzrə  peyvənd proqramlarından nə öyrənə bilərik?” mövzusunda vebinar keçiriləcək. Vebinarda Hindistan, Birləşmiş Ərəb Əmirlikləri , Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında COVID-19-a qarşı peyvəndləmə proqramları haqqında məlumat veriləcək.

Vebinarda Asiya İnkişaf Bankının  Səhiyyə Sektor Qrupunun rəhbəri Patrik L. Osewe, Londonda Peyvəndləmə Mərkəzinin qrup rəhbəri Liz Avital, BƏƏ Səhiyyə Sektorunun sözçüsü və Abu Dabi İctimai Səhiyyə Mərkəzində Yoluxucu Xəstəliklər Departamentinin direktoru Farida Al Hosani, Hindistanın Milli Transformasiya İnstitutunun üzvü və COVID-19 üzrə operativ qrupun rəhbəri Vinod Paul öz ölkələrinin vaksinasiya təcrübələri haqqında təqdimatlarla çıxış edəcəklər.   Onlayn təlim  BMJ-nin Global Səhiyyə sektorunun direktoru Mitali Vroçinskinin moderatorluğu ilə keçiriləcək.

İngilis dilində keçiriləcək vebinarda iştirak etmək istəyən tibb işçilərindən qeydiyyatdan keçmələri xahiş olunur.