20 Noyabr 2020 15:50

Yoluxucu Xəstəliklərin Epidemiologiyası üzrə Avropa Elmi Konfransı keçiriləcək

24-27 noyabr 2020-ci il tarixlərində Avropa Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzinin təşkilatçılığı ilə Yoluxucu Xəstəliklərin Epidemiologiyası üzrə Avropa Elmi Konfransı (European Scientific Conference on Applied Infectious Disease Epidemiology (ESCAIDE)) keçiriləcək.

Konfrans yoluxucu xəstəliklərin qarşısının alınması və nəzarəti üzrə qlobal müzakirəyə qoşulmaq, bu sahədə tanınmış mütəxəssisləri dinləmək, ən uğurlu təcrübələri öyrənmək, yeniliklərdən, bu sahədə aparılan tədqiqatlardan xəbərdar olmaq imkanı yaradacaq.

Konfrans epidemioloqlar, infeksionistlər, mikrobioloqlar, klinik həkimlər, ictimai səhiyyə işçiləri, statistiklər, sosial elm işçiləri və bu sahəyə maraq göstərən digər mütəxəssislər üçün nəzərdə tutulub.

İngilis dilində baş tutacaq elmi konfransda iştirak ödənişsizdir. Onlayn konfransda iştirak etmək üçün 23 noyabr tarixinədək qeydiyyatdan keçmək lazımdır.

Qeydiyyat üçün keçid:

https://www.escaide.eu/en/registration

Qeydiyyatdan keçdikdən sonra:

  • E-poçt ünvanına dərhal təsdiq məktubu gələcəkdir
  • Növbəti gün isə tədbir platformasına (Swapcard) keçid göndəriləcəkdir; bu keçidə daxil olub şifrə/parol yaratmaq lazımdr.
  • Növbəti addımlarla bağlı məlumat təlimatda təqdim olunur.

Konfransın proqramı

Konfrans haqqında ətraflı məlumat üçün keçid:

https://www.escaide.eu/en

 

Elanlar

“Maqnit Rezonans Tomoqrafiya (MRT) aparatları üçün maye halında helium qazının və dolum xidmətləri”nin satın alınması məqsədilə keçirilmiş tenderin qalibi müəyyən olub

16 Mart 2023 14:00

“Ümumprofilli müalicə müəssisələrinin faəliyyətində istifadə olunan tibbi ləvazimatları”n satın alınması üzrə tender elan edilir

15 Mart 2023 17:35

“Tibb müəssisələri üçün dərman vasitələri”nin satın alınması üzrə tender elan edilir

09 Mart 2023 17:50

“Uşaqlarda kistoz fibroz genetik xəstəliyi ilə mübarizə tədbirləri”nin icrası ilə əlaqədar dərman vasitələrinin satın alınması üzrə tender elan edilir

01 Mart 2023 16:50

Agentliyin İdarə Heyətinin sədri Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək

01 Mart 2023 15:15

“Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair Dövlət Proqramı” üzrə sərfiyyat mallarının satın alınması məqsədilə tender elan edilir

28 Fevral 2023 17:40

"Şəkərli diabet üzrə Dövlət Proqramı üçün inyeksion şəkərsalıcı və hipoqlikemik dərman vasitələri"nin satın alınması məqsədilə keçirilmiş tenderin qalibi müəyyən olub

24 Fevral 2023 14:25

“Endoprotez və digər travmatoloji əməliyyatlarda istifadə olunan tibbi ləvazimatların və sərfiyyat materialları”nın satın alınması məqsədilə keçirilmiş tenderin qalibləri müəyyən olub

22 Fevral 2023 17:00

“Uşaqlarda anadangəlmə ürək qüsurlarının aradan qaldırılması üzrə Dövlət Proqramı” çərçivəsində tibbi alətlərin satın alınması üçün keçirilmiş tenderin qalibi müəyyən olub

22 Fevral 2023 09:20

"Şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı" üçün tibbi ləvazimat və sərfiyat mallarının satın alınmasına dair keçirilmiş açıq tenderin qalibi müəyyən olub

08 Fevral 2023 16:30

Zəng sifariş et