31 İyul 2024 11:10

Zaur Əliyev Şəmkirdə vətəndaşları qəbul edəcək

Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev 27 avqust 2024-cü il tarixində Şəmkir və Gədəbəy rayon sakinlərini qəbul edəcək.

Qəbul Şəmkir şəhəri, Bakı-Qazax magistralı 407 km ünvanında yerləşən Şəmkir Rayon Mərkəzi Xəstəxanasında saat 10:00-da başlayacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədlə birgə Şəmkir və Gədəbəy rayon mərkəzi xəstəxanalarının Ümumi şöbələrinə müraciət etməklə, eləcə də Agentliyin 1542 Çağrı mərkəzinə, (+994 12) 310 07 70 (daxili 2108) əlaqə nömrəsinə zəng etməklə və ya Agentliyin www.its.gov.az rəsmi saytının vətəndaşların qəbulu üçün onlayn qeydiyyat bölməsi vasitəsilə, yaxud info@its.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlardan Agentliyin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı müraciət etmələri və şəxsiyyəti təsdiq edən sənədlə birgə gəlmələri xahiş olunur. Müraciətini yazılı təqdim etmək istəyən vətəndaşların diqqətinə çatdırırıq ki, müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir.

Qəbula qeydiyyat 26 avqust 2024-cü il, saat 18:00-da başa çatır. Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.

Zəng sifariş et