24 Noyabr 2018 12:39
Ağdaş rayon sakinlərinin nəzərinə!
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin icbari tibbi sığortanın pilot layihə olaraq həyata keçirildiyi Ağdaş rayonunda sakinlərlə görüşü nəzərdə tutulmuşdur. Vətəndaşlar 06 dekabr 2018-ci il tarixində saat 10:00-dan başlayaraq Ağdaş rayon Mərkəzi Xəstəxanasında (Ünvan: Ağdaş şəhəri, H.Əliyev prospekti 184, 3-cü mərtəbə, direktorun otağında) qəbul ediləcəkdir.
Qəbula gəlmək istəyən vətəndaşlar 24 noyabr-05 dekabr 2018-ci il tarixlərində şəxsiyyəti təsdiq edən sənədlə birgə Ağdaş rayon Mərkəzi Xəstəxanasının qeydiyyat bölməsinə (III mərtəbə, Kadrlar şöbəsi) müraciət etməklə, eləcə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (+994 12) 310 07 70 (daxili 20-08) əlaqə nömrəsinə zəng etməklə və ya Agentliyin info@its.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlardan Agentliyin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı müraciət etmələri xahiş olunur. Müraciətini yazılı təqdim etmək istəyən vətəndaşların diqqətinə çatdırırıq ki, müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir.
Elanlar
Gəncə şəhərində uzman həkimlərin uşaqlar üçün səyyar qəbulu keçiriləcək
15 İyul 2024 11:15
Zaur Əliyev Şəki rayonunda vətəndaşları qəbul edəcək
04 İyul 2024 16:15
Zaur Əliyev Goranboy rayonunda vətəndaşları qəbul edəcək
07 İyun 2024 09:00
Zaur Əliyev Göyçay şəhərində vətəndaşları qəbul edəcək
29 Aprel 2024 15:49
Zaur Əliyev Daşkəsən şəhərində vətəndaşları qəbul edəcək
15 Aprel 2024 09:16
Zaur Əliyev Kürdəmir şəhərində vətəndaş qəbul edəcək
28 Fevral 2024 16:00
Zaur Əliyev Abşeron rayonunda vətəndaşları qəbul edəcək
30 Yanvar 2024 15:00
Zaur Əliyev Neftçala rayonunda vətəndaşları qəbul edəcək
07 Yanvar 2024 12:00
Zaur Əliyev Şirvan şəhərində vətəndaşları qəbul edəcək
28 Noyabr 2023 12:30
Agentliyin İdarə Heyətinin sədri Quba rayonunda vətəndaşları qəbul edəcək
01 Noyabr 2023 17:00