07 Aprel 2022 16:56
Agentliyin İdarə Heyətinin sədri Qubada vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2022-ci ilin aprel ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 25 aprel 2022-ci il tarixində saat 10:00-dan başlayaraq Quba rayon Mərkəzi Xəstəxanasında (Ünvan: Quba şəhəri, F.Xoyski küçəsi 10 D, 2-ci mərtəbə, konfrans zalında) Quba və Qusar rayon sakinlərini qəbul edəcəkdir.
Qəbula gəlmək istəyən vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədlə birgə Quba rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Ümumi şöbəsinə, Qusar rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Ümumi şöbəsinə müraciət etməklə, eləcə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1542 Çağrı mərkəzinə, (+994 12) 310 07 70 (daxili 21-11) əlaqə nömrəsinə zəng etməklə və ya Agentliyin its.gov.az rəsmi saytının vətəndaşların qəbulu üçün onlayn qeydiyyat bölməsi vasitəsilə, yaxud info@its.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlardan Agentliyin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı müraciət etmələri və şəxsiyyəti təsdiq edən sənədlə birgə gəlmələri xahiş olunur. Müraciətini yazılı təqdim etmək istəyən vətəndaşların diqqətinə çatdırırıq ki, müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir.
Qəbula qeydiyyat 24 aprel 2022-ci il, saat 18:00-da başa çatır.
Elanlar
Gəncə şəhərində uzman həkimlərin uşaqlar üçün səyyar qəbulu keçiriləcək
15 İyul 2024 11:15
Zaur Əliyev Şəki rayonunda vətəndaşları qəbul edəcək
04 İyul 2024 16:15
Zaur Əliyev Goranboy rayonunda vətəndaşları qəbul edəcək
07 İyun 2024 09:00
Zaur Əliyev Göyçay şəhərində vətəndaşları qəbul edəcək
29 Aprel 2024 15:49
Zaur Əliyev Daşkəsən şəhərində vətəndaşları qəbul edəcək
15 Aprel 2024 09:16
Zaur Əliyev Kürdəmir şəhərində vətəndaş qəbul edəcək
28 Fevral 2024 16:00
Zaur Əliyev Abşeron rayonunda vətəndaşları qəbul edəcək
30 Yanvar 2024 15:00
Zaur Əliyev Neftçala rayonunda vətəndaşları qəbul edəcək
07 Yanvar 2024 12:00
Zaur Əliyev Şirvan şəhərində vətəndaşları qəbul edəcək
28 Noyabr 2023 12:30
Agentliyin İdarə Heyətinin sədri Quba rayonunda vətəndaşları qəbul edəcək
01 Noyabr 2023 17:00