06 Aprel 2021 12:52
Koreya Səhiyyə Sənayesinin İnkişafı İnstitutu tibb və qeyri tibb işçilərini təlim proqramında iştiraka dəvət edir
Koreya Səhiyyə Sənayesinin İnkişafı İnstitutunun təşkilatçılığı ilə 1 İyun-16 İyul 2021-ci il tarixlərində Tibbi Koreya Akademiyası onlayn təlim proqramı təşkil olunacaq.
Təlim proqramı klinik fəaliyyətlə məşğul olan tibb işçiləri, səhiyyədə informasiya və kommunikasiya texnologiyaları üzrə çalışan tibb və qeyri-tibb mütəxəssisləri üçün nəzərdə tutulmuşdur. Təlim proqramı ingilis dilində keçiriləcək.
Təlim proqramı aşağıdakı kurslardan ibarətdir:
Cərrahi bacarıqlar üzrə:
- Hepatobiliar və mədəaltı vəz cərrahiyyəsi
- Qastrointestinal cərrahiyyə
- Kolorektal cərrahiyyə
Daxili xəstəliklər üzrə :
- Endoskopiya bacarıqları
- Exokardioqrafiya bacarıqları
- İnfeksiyaya nəzarət bacarıqları
Qeyri-tibbi tədris üzrə kurs:
- Səhiyyədə informasiya və kommunikasiya texnologiyaları üzrə kurs
Kurs aşağıdakı mövzuları əhatə edəcəkdir:
- Səhiyyədə informasiya və kommunikasiya texnologiyaları (İKT)
- Elektron tibbi qeydiyyat sistemi
- Səhiyyədə böyük məlumat bazası (Big Data) və süni intellekt (AI)
- Səhiyyədə IoT və 5G sisteminin tətbiqi
- Dəqiq təbabət təşəbbüsü (PMI - Precision Medicine Initiative)
Təlim proqramına qeydiyyat ödənişsizdir. Hər bir kurs 20 mühazirədən ibarətdir. Bir mühazirə təxminən 1 saat davam edir.
Təlim proqramında iştirak etmək üçün anket və razılıq formasını doldurub 30 aprel 2021-ci il tarixinə qədər qeyd edilən elektron poçt ünvanlarına (mkaglobal@khidi.or.kr, djafarli@its.gov.az ) təqdim etmək lazımdır.
Elanlar
Gəncə şəhərində uzman həkimlərin uşaqlar üçün səyyar qəbulu keçiriləcək
15 İyul 2024 11:15
Zaur Əliyev Şəki rayonunda vətəndaşları qəbul edəcək
04 İyul 2024 16:15
Zaur Əliyev Goranboy rayonunda vətəndaşları qəbul edəcək
07 İyun 2024 09:00
Zaur Əliyev Göyçay şəhərində vətəndaşları qəbul edəcək
29 Aprel 2024 15:49
Zaur Əliyev Daşkəsən şəhərində vətəndaşları qəbul edəcək
15 Aprel 2024 09:16
Zaur Əliyev Kürdəmir şəhərində vətəndaş qəbul edəcək
28 Fevral 2024 16:00
Zaur Əliyev Abşeron rayonunda vətəndaşları qəbul edəcək
30 Yanvar 2024 15:00
Zaur Əliyev Neftçala rayonunda vətəndaşları qəbul edəcək
07 Yanvar 2024 12:00
Zaur Əliyev Şirvan şəhərində vətəndaşları qəbul edəcək
28 Noyabr 2023 12:30
Agentliyin İdarə Heyətinin sədri Quba rayonunda vətəndaşları qəbul edəcək
01 Noyabr 2023 17:00