21 Noyabr 2019 11:10
QHT-lərə Dövlət Dəstəyi Şurası Agentliklə birgə layihələrin maliyyələşməsi ilə bağlı qrant müsabiqəsi elan edir
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra – Şura) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) ilə birgə keçirdiyi qrant müsabiqəsində (bundan sonra – müsabiqə) Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş və müvafiq mövzu üzrə ixtisaslaşmış QHT-ləri iştirak etməyə dəvət edir.
Şura və Agentlik “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq aşağıdakı mövzular üzrə layihələri qəbul edir:
SN | Müsabiqə mövzusunun adı | Bir layihə üçün maksimum məbləğ | Maliyyələşəcək layihələrin sayı |
1 | Regionlarda əhalinin icbari tibbi sığorta haqqında maarifləndirilməsi | 8000 (səkkiz min) manatadək | 10-dək layihə |
Müsabiqədə iştirak edən QHT irəli sürdüyü problemin həlli ilə bağlı müvafiq sahələr üzrə zəruri potensiala malik işçi (ekspert) heyətinə malik olmalıdır.
Layihələrin müddəti
Layihələrin müddəti 2 aydan 8 ayadək ola bilər.
Müsdabiqə fondu və maliyyələşəcək layihələrin sayı
• Müsabiqə fondu 80000 (səksən min) manat təşkil edir.
• 10-dək layihənin maliyyələşməsi nəzərdə tutulur.
Qeyd:
• 2019-cu il yanvarın 1-dən sonra dövlət qeydiyyatından keçmiş QHT-lər 3000 (üç min) manatdan artıq olmayan məbləğdə layihə təklifləri ilə müraciət edə bilər.
Müsabiqə mərhələləri
Müsabiqə üzrə QHT və layihə sənədlərinin qəbulu 20 noyabr 2019-cu ildən elektron qaydada həyata keçirilir. Müsabiqə prosesi 4 mərhələ üzrə aparılır:
• 1-ci mərhələ - QHT və layihə sənədlərinin qəbulu;
Bu mərhələ 20 noyabr–16 dekabr 2019-cu il tarixlərini əhatə edir.
• 2-ci mərhələ - QHT və layihə sənədlərinin texniki seleksiyası;
Bu mərhələ 20 noyabr– 26 dekabr 2019-cu il tarixlərini əhatə edir. Təqdim olunan QHT və layihə sənədləri araşdırılır və layihənin qeydə alınıb-alınmaması barədə QHTyə elektron bildiriş göndərilir.
• 3-cü mərhələ - Qeydə alınmış layihələrin vətəndaşlar və ekspertlər tərəfindən qiymətləndirilməsi;
Bu mərhələ 27 dekabr 2019-cu il - 27 yanvar 2020-ci il tarixlərini əhatə edir. Bu mərhələdə qeydə alınmış layihələr Şuranın e-vətəndaş proqramı vasitəsilə vətəndaşlar və e-ekspertiza proqramı vasitəsilə ekspertlər tərəfindən elektron qaydada qiymətləndirilir.
• 4-cü mərhələ - Şurada müzakirə və qaliblərin elan edilməsi; Müsabiqənin nəticələri barədə məlumatlar 2020-ci il fevral ayının 10-dan sonra Şuranın rəsmi saytında və digər internet resurslarında yerləşdiriləcək.
Əlavə məlumat:
Müsabiqə ilə əlaqədar məlumatlandırma sessiyası 25 noyabr 2019-cu il, saat 11:00-da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin inzibati binasının “Mingəçevir” iclas zalında (Bakı şəhəri, Lev Tolstoy küçəsi, 170) keçiriləcək.
Elanlar
Gəncə şəhərində uzman həkimlərin uşaqlar üçün səyyar qəbulu keçiriləcək
15 İyul 2024 11:15
Zaur Əliyev Şəki rayonunda vətəndaşları qəbul edəcək
04 İyul 2024 16:15
Zaur Əliyev Goranboy rayonunda vətəndaşları qəbul edəcək
07 İyun 2024 09:00
Zaur Əliyev Göyçay şəhərində vətəndaşları qəbul edəcək
29 Aprel 2024 15:49
Zaur Əliyev Daşkəsən şəhərində vətəndaşları qəbul edəcək
15 Aprel 2024 09:16
Zaur Əliyev Kürdəmir şəhərində vətəndaş qəbul edəcək
28 Fevral 2024 16:00
Zaur Əliyev Abşeron rayonunda vətəndaşları qəbul edəcək
30 Yanvar 2024 15:00
Zaur Əliyev Neftçala rayonunda vətəndaşları qəbul edəcək
07 Yanvar 2024 12:00
Zaur Əliyev Şirvan şəhərində vətəndaşları qəbul edəcək
28 Noyabr 2023 12:30
Agentliyin İdarə Heyətinin sədri Quba rayonunda vətəndaşları qəbul edəcək
01 Noyabr 2023 17:00