27 Noyabr 2020 12:27
“Tibbi Koreya Akademiyası” adlı onlayn klinik təlim proqramı keçiriləcək
Koreya Səhiyyə Sənayesinin İnkişafı İnstitutu (KHIDI – Korea Health Industry Development Institute) 13-31 dekabr 2020-ci il tarixlərində “Tibbi Koreya Akademiyası” (MKA – Medical Korea Academy) adlı onlayn klinik təlim proqramı keçirəcək.
Təlim proqramı klinik fəaliyyətlə məşğul olan tibb işçiləri, səhiyyədə informasiya və kommunikasiya texnologiyaları üzrə çalışan tibb və qeyri-tibb mütəxəssisləri üçün nəzərdə tutulmuşdur.
Təlim proqramına qeydiyyat ödənişsizdir.
Təlim proqramında iştirak etmək üçün anketin doldurularaq imzalanmış və skan edilmiş formasının 4 dekabr 2020-ci il tarixinə qədər qeyd olunan hər iki e-poçt ünvanına göndərilməsi tələb olunur: mkaglobal@khidi.or.kr; shasanova@its.gov.az
Anketi doldurarkən iştirak etmək istədiyiniz bir və ya bir neçə kursu seçə bilərsiniz.
Təlim ingilis dilində keçiriləcək.
Təlim proqramı aşağıdakı kurslardan ibarətdir:
Cərrahi bacarıqlar üzrə 3 kurs:
1. Hepatobiliar və mədəaltı vəz cərrahiyyəsi
2. Qastrointestinal cərrahiyyə
3. Kolorektal cərrahiyyə
Daxili xəstəliklər üzrə 3 kurs:
4. Endoskopiya bacarıqları
5. Exokardioqrafiya bacarıqları
6. İnfeksiyaya nəzarət bacarıqları
7. Səhiyyədə informasiya və kommunikasiya texnologiyaları üzrə kurs
Kurs aşağıdakı mövzuları əhatə edəcək:
• Səhiyyədə informasiya və kommunikasiya texnologiyaları (İKT)
• Elektron tibbi qeydiyyat sistemi
• Səhiyyədə böyük məlumat bazası (Big Data) və süni intellekt (AI)
• Səhiyyədə IoT və 5G sisteminin tətbiqi
• Dəqiq təbabət təşəbbüsü (PMI - Precision Medicine Initiative)
Kursu müvəffəqiyyətlə bitirən iştirakçılar SERTİFİKATLA təmin olunacaq.
Kursda iştirak üçün müraciətiniz təsdiq olunduğu təqdirdə sizə KHIDI tərəfindən elektron dərslərə qoşulmaq üçün link göndəriləcək.
Elanlar
Gəncə şəhərində uzman həkimlərin uşaqlar üçün səyyar qəbulu keçiriləcək
15 İyul 2024 11:15
Zaur Əliyev Şəki rayonunda vətəndaşları qəbul edəcək
04 İyul 2024 16:15
Zaur Əliyev Goranboy rayonunda vətəndaşları qəbul edəcək
07 İyun 2024 09:00
Zaur Əliyev Göyçay şəhərində vətəndaşları qəbul edəcək
29 Aprel 2024 15:49
Zaur Əliyev Daşkəsən şəhərində vətəndaşları qəbul edəcək
15 Aprel 2024 09:16
Zaur Əliyev Kürdəmir şəhərində vətəndaş qəbul edəcək
28 Fevral 2024 16:00
Zaur Əliyev Abşeron rayonunda vətəndaşları qəbul edəcək
30 Yanvar 2024 15:00
Zaur Əliyev Neftçala rayonunda vətəndaşları qəbul edəcək
07 Yanvar 2024 12:00
Zaur Əliyev Şirvan şəhərində vətəndaşları qəbul edəcək
28 Noyabr 2023 12:30
Agentliyin İdarə Heyətinin sədri Quba rayonunda vətəndaşları qəbul edəcək
01 Noyabr 2023 17:00