16 Mart 2021 15:16
Xarici ölkələrin COVID-19 üzrə vaksinasiya təcrübələri haqqında vebinar keçiriləcək
19 mart 2021-ci il tarixində saat 12:00-da Britaniya Tibb Jurnalı (BMJ) və Asiya İnkişaf Bankının (ADB) birgə təşkilatçılığı ilə “Dünyada keçirilən COVID-19 üzrə peyvənd proqramlarından nə öyrənə bilərik?” mövzusunda vebinar keçiriləcək. Vebinarda Hindistan, Birləşmiş Ərəb Əmirlikləri , Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında COVID-19-a qarşı peyvəndləmə proqramları haqqında məlumat veriləcək.
Vebinarda Asiya İnkişaf Bankının Səhiyyə Sektor Qrupunun rəhbəri Patrik L. Osewe, Londonda Peyvəndləmə Mərkəzinin qrup rəhbəri Liz Avital, BƏƏ Səhiyyə Sektorunun sözçüsü və Abu Dabi İctimai Səhiyyə Mərkəzində Yoluxucu Xəstəliklər Departamentinin direktoru Farida Al Hosani, Hindistanın Milli Transformasiya İnstitutunun üzvü və COVID-19 üzrə operativ qrupun rəhbəri Vinod Paul öz ölkələrinin vaksinasiya təcrübələri haqqında təqdimatlarla çıxış edəcəklər. Onlayn təlim BMJ-nin Global Səhiyyə sektorunun direktoru Mitali Vroçinskinin moderatorluğu ilə keçiriləcək.
İngilis dilində keçiriləcək vebinarda iştirak etmək istəyən tibb işçilərindən qeydiyyatdan keçmələri xahiş olunur.
Elanlar
Gəncə şəhərində uzman həkimlərin uşaqlar üçün səyyar qəbulu keçiriləcək
15 İyul 2024 11:15
Zaur Əliyev Şəki rayonunda vətəndaşları qəbul edəcək
04 İyul 2024 16:15
Zaur Əliyev Goranboy rayonunda vətəndaşları qəbul edəcək
07 İyun 2024 09:00
Zaur Əliyev Göyçay şəhərində vətəndaşları qəbul edəcək
29 Aprel 2024 15:49
Zaur Əliyev Daşkəsən şəhərində vətəndaşları qəbul edəcək
15 Aprel 2024 09:16
Zaur Əliyev Kürdəmir şəhərində vətəndaş qəbul edəcək
28 Fevral 2024 16:00
Zaur Əliyev Abşeron rayonunda vətəndaşları qəbul edəcək
30 Yanvar 2024 15:00
Zaur Əliyev Neftçala rayonunda vətəndaşları qəbul edəcək
07 Yanvar 2024 12:00
Zaur Əliyev Şirvan şəhərində vətəndaşları qəbul edəcək
28 Noyabr 2023 12:30
Agentliyin İdarə Heyətinin sədri Quba rayonunda vətəndaşları qəbul edəcək
01 Noyabr 2023 17:00