Loading...

Azərbaycan nümayəndə heyəti Macarıstanda işgüzar səfərdə olub

05.06.2025, 12:35

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 03-05 iyun tarixlərində Macarıstanın paytaxtı Budapeşt şəhərində işgüzar səfərdə olub. Nümayəndə heyətinin tərkibinə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov və qurumun nümayəndələri də daxildir. Səfərin məqsədi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və icbari tibbi sığorta sahəsində beynəlxalq təcrübənin öyrənilməsidir.

Səfərin ilk günü Azərbaycan nümayəndə heyəti ilə Macarıstanın Daxili İşlər Nazirliyinin Səhiyyə üzrə dövlət katibi müavini Judith Bidlo arasında görüş keçirilib. Judith Bidlo Macarıstanın səhiyyə sisteminin idarə olunması, tibbi xidmətlərin təşkili və maliyyələşdirilməsi barədə məlumat verib. O sığorta sahəsində əməkdaşlığın həm strateji, həm də praktiki baxımdan əhəmiyyətli olduğunu vurğulayaraq, qarşılıqlı təcrübə mübadiləsinin hər iki ölkə üçün faydalı olacağına əminliyini bildirib.

Zaur Əliyev Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqi, tibbi xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və bu sahədə əldə olunan nailiyyətlər barədə məlumat verib, səhiyyə sistemində yeni texnologiyaların tətbiqi və beynəlxalq təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. O, həmçinin Macarıstanda icbari tibbi sığorta modeli ilə tanışlığın Azərbaycanda aparılan səhiyyə islahatlarına əlavə dəyər qatacağına inamını ifadə edib. 

Vüqar Qurbanov isə öz növbəsində tibb müəssisələrinin idarəetmə modeli, infrastrukturun optimallaşdırılması, kadr potensialının gücləndirilməsi, tibbi xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və pasiyent məmnunluğunun artırılması istiqamətində həyata keçirilən yeniliklər, tibb müəssisələrində beynəlxalq standartların, eləcə də xarici ölkələrin qabaqcıl təcrübələrinin tətbiqi barədə danışıb.

Günün davamında ölkənin ən nüfuzlu tibb ocağı və tədqiqat müəssisələrindən biri sayılan Semmelweis Universitetində görüş baş tutub. Nümayəndə heyəti cərrahiyyə, transplantasiya və ən son diaqnostik görüntüləmə texnologiyaları sahəsində fəaliyyət göstərən klinik mərkəzləri ziyarət edib, universitetin beynəlxalq tərəfdaşlıqlar və akademik proqramları ilə bağlı təqdimatı dinləyiblər.

Macarıstanın səhiyyə sisteminin maliyyələşdirilməsi mexanizmlərinin öyrənilməsi məqsədilə Milli Sağlamlıq Sığorta Fondunda da görüş keçirilib. Görüş zamanı səhiyyə xidmətlərinin maliyyələşdirilməsi, xəstəxana idarəetməsi, dərman təminatı və dövlət-özəl sektor arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Milli İctimai Səhiyyə və Əczaçılıq Mərkəzi dərmanların qeydiyyatı, keyfiyyətə nəzarət və təhlükəsizliyi sahəsində Macarıstanın əsas qurumu olaraq nümayəndə heyətini qəbul edib. Görüşdə dərman çatışmazlığı və saxtalaşdırma problemlərinin qarşısının alınması üçün həyata keçirilən tədbirlər və tənzimləmə mexanizmləri barədə ətraflı məlumat verilib. 

Nümayəndə heyəti Xəstəxanalar üzrə Milli Baş Müdirlikdə keçirilən görüşdə ilkin və ambulator tibbi xidmətlərin təşkili, insan resurslarının idarəedilməsi və süni intellektin səhiyyə sahəsində tətbiqi kimi aktual mövzular ətrafında müzakirələr aparıb. 

Səfər çərçivəsində son olaraq nümayəndə heyəti Onkologiya İnstitutunda da olub, xərçənglə mübarizə sahəsində tətbiq edilən innovativ müalicə üsulları, o cümlədən uşaq şüa terapiyası və ağciyər transplantasiyası üzrə aparılan işlərlə tanış olublar.

Last News

Specialized medical examinations conducted in children's shelters
02.06.2025
Ətraflı oxu
Citizens gain broader access to medical information via “mygov” platform
30.05.2025
Ətraflı oxu
Number of contracted private medical institutions reaches 192
26.05.2025
Ətraflı oxu
Zaur Aliyev received citizens in Khachmaz district
23.05.2025
Ətraflı oxu
Mandatory health insurance covers examination and inpatient treatment for gluten sensitivity
20.05.2025
Ətraflı oxu
Plasmapheresis covered under mandatory health insurance
15.05.2025
Ətraflı oxu
Allergy diagnostics and inpatient treatment covered by mandatory health insurance
13.05.2025
Ətraflı oxu
Modern medical equipment donated to the Central Oilmen Hospital
07.05.2025
Ətraflı oxu
5,643 procedures performed in 2024 to remove fluid accumulated in the lungs
06.05.2025
Ətraflı oxu
Pirallahı Tibb Mərkəzinə media-tur təşkil olunub
02.05.2025
Ətraflı oxu
Request a callback
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri