Loading...

Qlütenə qarşı həssaslığın müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanır

20.05.2025, 10:41

Seliakiya (çölyak) — buğda, arpa, çovdar kimi dənli bitkilərdə olan qlüten adlı proteini parçalayan fermentlərin çatışmazlığı ilə əlaqəli nazik bağırsağın genetik xəstəliyidir. Bu dənli bitkilərdən hazırlanmış qidaların qəbulu nazik bağırsağın iltihabına və zədələnməsinə səbəb olur. Bu xəstəliyi olan insanların orqanizmi qlüteni qəbul edə bilmir. Uşaqlarda seliakiya xəstəliyi adətən erkən yaşda tərkibində qlüten olan süni qidalara keçmə zamanı əmələ gəlir. Əgər xəstəliyin diaqnozu vaxtında qoyulmazsa uşaqlarda inkişaf geriliyi, boy və çəki artımının, cinsi yetkinliyin ləngiməsi, osteoporoz, həzm sistemi problemləri, qadınlarda hormonal disbalans, vitamin və mineralların çatışmazlığı, anemiya yarana bilər.

Xəstəliyin müayinəsi və ağırlaşma zamanı stasionar terapevtik müalicə icbari tibbi sığorta ilə qarşılanır. Xəstəliyin diaqnostika və müalicəsi pediatr/terapevt və qastroenteroloq tərəfindən aparılır. İxtisaslı həkimin müayinəsi, sözügedən xəstəliyin əsas müayinə üsulu olan seliakiya paneli və digər laborator analizlər, endoskopiya, biopsiya müayinələri və bəzi genetik müayinələr icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxildir. Müayinədən əvvəl qlütenli qidaların pəhrizdən çıxarılması düzgün nəticələrin əldə edilməsinə mane ola bilər. Buna görə müayinə dövründə qlüten istifadəsi davam etdirilməlidir.

İcbari tibbi sığorta ilə sözügedən tibbi xidmətlər tibbi göstəriş və həkim təyinatı əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında icra olunur.

Məlumat üçün bildirək ki, seliakiyaya istənilən yaşda rast gəlinir. Əsasən, xroniki ishal və ya qəbizlik, ürək bulanma və qusma, qarın ağrısı və şişkinlik, dəmir çatışmazlığı, yorğunluq, sümük və oynaq ağrıları, dəri problemləri, uşaqlarda çəki və boy artımında geriləmə, yuxu pozğunluğu, çəki itkisi, qadınlarda menstrual dövrün pozulması, sonsuzluq və hamiləlikdə düşük kimi simptomlarla müşahidə oluna bilər. 

Bu xəstəliyi olan şəxslər buğda, çovdar, arpa kimi dənli bitkilərdən hazırlanmış çörək, makaron, şirniyyat kimi qlütenli qidaları tamamilə rasiondan çıxarmalı, həkimin təyin etdiyi pəhrizə riayət etməli, qəbul etdikləri dərman və qida əlavələrinin tərkibində qlüten olub-olmadığını yoxlamalıdırlar. Bununla xəstəliyin simptomları azalır və bağırsaq zədələnməsinin qarşısı alınır.

Xəstəlik barədə əhalinin məlumatlılığının artırılması erkən diaqnostika və müalicənin vaxtında təyin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Son xəbərlər

Qobustan Rayon Mərkəzi Xəstəxanasına mediatur təşkil olunub
21.06.2025
Ətraflı oxu
Zaur Əliyev Mingəçevirdə vətəndaşları qəbul edib
20.06.2025
Ətraflı oxu
Bərdə rayonunda Milli Məclisin Səhiyyə komitəsinin səyyar iclası keçirilib
19.06.2025
Ətraflı oxu
Xroniki böyrək çatışmazlığı olan vətəndaşlara icbari tibbi sığorta hesabına 1480-dən çox ilkin hemodializ xidməti göstərilib
18.06.2025
Ətraflı oxu
Miqrenin diaqnostika və stasionar müalicəsi icbari tibbi sığorta hesabına göstərilir
10.06.2025
Ətraflı oxu
Azərbaycan nümayəndə heyəti Macarıstanda işgüzar səfərdə olub
05.06.2025
Ətraflı oxu
Uşaq sığınacaqlarında tibbi müayinələr təşkil olunub
02.06.2025
Ətraflı oxu
“mygov” platformasında vətəndaşların bir sıra tibbi məlumatlara çıxış imkanları genişləndirildi
30.05.2025
Ətraflı oxu
Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 192-yə çatıb
26.05.2025
Ətraflı oxu
Zaur Əliyev Xaçmazda vətəndaşları qəbul edib
23.05.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri