Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

Bərdə rayonunda Milli Məclisin Səhiyyə komitəsinin səyyar iclası keçirilib

19.06.2025, 13:48

Bərdə rayonunda “İlkin tibbi-sanitariya yardımı: mövcud vəziyyət, çağırışlar və imkanlar” mövzusunda Azərbaycan Respublikasının Milli Məclisinin Səhiyyə komitəsinin səyyar iclası keçirilib.

İclasda Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov və komitə üzvləri, o cümlədən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, TƏBİB-in Hüquq departamentinin rəhbəri Aynur Hüseynova, İlkin səhiyyə xidməti departamentinin rəhbəri Rəşad Çobanlı, həmçinin Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov iştirak edib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Bərdə rayonunda yerləşən abidəsi ziyarət edilib. Daha sonra Bərdə rayonunun Qaradəmirçi Kənd Həkim Məntəqəsi və 1 nömrəli Ailə Sağlamlıq Mərkəzinə baxış keçirilib. Burada yaradılan şərait, vətəndaşlara göstərilən tibbi xidmətlərlə tanışlıq olub.

Azərbaycan Respublikasının Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov ölkəmizdə aparılan səhiyyə siyasəti, son dövrlərdə səhiyyə sahəsində aparılan uğurlu islahatlar və ilkin tibbi-sanitariya yardımının önəmi barədə məlumat verib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev ilkin səhiyyə xidmətinin icbari tibbi sığorta sistemindəki yeri və bu xidmətlərin prioritet istiqamətlərdən biri olması barədə danışıb. O, qeyd edib ki, əhalinin sağlamlığının qorunması, xəstəliklərin vaxtında aşkarlanaraq qarşısının alınması, həmçinin sığorta fondunun səmərəli istifadəsi baxımından ilkin səhiyyə xidmətlərinin rolu danılmazdır.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirib ki, ilkin səhiyyə xidməti tibb sahəsində mühüm əhəmiyyətə malikdir. O qeyd edib ki, insan mərkəzli xidmətin qurulması və ilkin səhiyyə xidmətlərinin effektiv təşkili tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi, xidmətlərə bərabər əlçatanlığın təmin olunması və maliyyə resurslarının səmərəli istifadəsi baxımından mühüm rol oynayır.

Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov Bərdə rayonunda ilkin səhiyyə xidməti və tibbi xidmətlərə əlçatanlığın təmin edilməsi, bununla yanaşı, cari ilin yanvar ayından etibarən Bərdə rayonunda tibb işçilərinin təlimlərə cəlb edilməsi, Bərdə rayonunda ilkin səhiyyə şəbəkəsinin optimallaşdırılması, coğrafi təhkimolunmanın tamamlandığını, ilkin səhiyyə müəssisələrinin modul tipli yeni məntəqələrlə əvəzlənməsi prosesindən danışıb.

TƏBİB-in Hüquq departamentinin rəhbəri Aynur Hüseynova isə ilkin tibbi-sanitariya yardımı üzrə normativ hüquqi bazanın olmasının önəmi, eyni zamanda mövcud vəziyyət, qarşılaşılan çətinliklər və təkliflər barədə məlumat verib.

TƏBİB-in İlkin səhiyyə xidməti departamentinin rəhbəri Rəşad Çobanlı ilkin səhiyyə xidmətinə konseptual baxış, TƏBİB-in bu istiqamətdə gördüyü işlər və qarşıda duran vəzifələr barədə məlumat verib. Bura infrastruktur, kadr potensialının gücləndirilməsi, rəqəmsal həllərin tətbiqi, tibbi xidmətlərin çeşidinin artırılması, infrastruktur planlamasından danışıb.

İclasın yekununda millət vəkillərinin rəy və təklifləri dinlənilib, səsləndirilən suallar cavablandırılıb.

Son xəbərlər

Bu ilin 6 ayı ərzində icbari tibbi sığorta ilə 44 milyondan çox tibbi xidmət göstərilib
18.07.2025
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Oğuzda vətəndaşları qəbul edib
18.07.2025
Ətraflı oxu arrow-right-blue
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi rəqəmsal platformasını yeniləyib
17.07.2025
Ətraflı oxu arrow-right-blue
Meningitin diaqnostika və stasionar müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir
15.07.2025
Ətraflı oxu arrow-right-blue
“mygov” platformasına yeni tibbi məlumatlar inteqrasiya olunub
07.07.2025
Ətraflı oxu arrow-right-blue
Osteoporozun müayinə və stasionar müalicəsi icbari tibbi sığortaya daxildir
07.07.2025
Ətraflı oxu arrow-right-blue
Ankarada dövlət tibb müəssisələrinin rəhbər heyəti üçün keçirilən təlim başa çatıb
24.06.2025
Ətraflı oxu arrow-right-blue
Qızılcanın diaqnostika və stasionar müalicəsi icbari tibbi sığorta hesabına qarşılanır
23.06.2025
Ətraflı oxu arrow-right-blue
Qobustan Rayon Mərkəzi Xəstəxanasına mediatur təşkil olunub
21.06.2025
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Mingəçevirdə vətəndaşları qəbul edib
20.06.2025
Ətraflı oxu arrow-right-blue
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri