Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

Plazmaferez – qanın zərərli maddələrdən təmizlənməsi icbari tibbi sığorta təminatına daxildir

15.05.2025, 06:11

Plazmaferez orqanizmi zərərli maddələrdən təmizləyən müalicə üsuludur. Bu prosedur allergik xəstəliklər, kəskin və xroniki zəhərlənmələr, bronxial astma, xroniki bronxit, böyrək çatışmazlığı, bəzi ürək, qan, sinir, endokrin sistem, qaraciyər və dəri xəstəliklərinin əsas və ya köməkçi müalicəsində istifadə olunur.

Hamiləlikdə xroniki infeksiyalar, ağır toksikoz və ciftdə qan dövranı pozulmalarında da istifadə oluna bilər. Köməkçi üsul kimi revmatoloji, nevroloji, hematoloji və çoxsaylı orqan çatışmazlığı olan hallarda təyin edilir.

Plazmaferez icbari tibbi sığortanın Xidmətlər Zərfində təminata daxildir. Ötən il ərzində plazmaferezlə bağlı 11 888 tibbi xidmət icbari tibbi sığorta hesabına icra olunub.

Bu tibbi xidmət tibbi göstəriş və ixtisaslı həkim təyinatı ilə TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrindən Nərimanov, Nizami və Xətai tibb mərkəzlərində, eləcə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləli tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələrində) göndəriş əsasında icra olunur.

Bəzi xəstəliklər zamanı orqanizmdə bakteriya, virus, toksinlər və orqanizmin fəaliyyəti nəticəsində yaranan parçalanma məhsulları kimi zərərli maddələr qan plazmasına daxil olur. Plazmaferez zamanı qan xüsusi cihazla hissələrə ayrılır, plazma zərərli maddələrlə birlikdə çıxarılır, təmizlənmiş qan isə geri bədənə qaytarılır.

Plazmaferez zamanı qanın maye hissəsi olan plazma və hüceyrə elementləri membran və ya sentrifuqa üsulu ilə hüceyrə elementlərindən ayrılır. Zərərli maddələr daşıyan plazma atılır, eritrosit, leykosit və trombositlər isə qan dövranına qaytarılır. Membran üsulunda qan separatora daxil olur, təmizlənərək geri köçürülür. Sentrifuqa üsulunda isə venadan alınan 450-500 ml qan konteynerə yığılır, tərkib hissələrinə ayrıldıqdan sonra yenidən pasiyentə köçürülür. Bu prosedurlar ambulator şəraitdə həkim-transfuzioloqun nəzarəti altında aparılır və bir saatdan çox davam edir.

Plazmaferez zamanı insanın qanından müəyyən miqdarda plazma çıxarılır. Əgər bu miqdar ümumi plazmanın 30%-dən çoxunu təşkil edərsə, insan orqanizmi üçün faydalı olan qan zülalları, laxtalanma üçün vacib maddələr və immun sistemini gücləndirən anticisimlər əhəmiyyətli dərəcədə azalır. Bu maddələrin bərpa olunması isə adətən 7 günə qədər vaxt aparır.

Əgər bir prosedur zamanı ümumi plazmanın 50%-i çıxarılarsa, bədən bu maddələri müstəqil bərpa edə bilmir və vəziyyəti düzəltmək üçün donordan alınmış plazma və ya digər maddələr verilməlidir.

Plazmanın hamısının çıxarılması isə xəstənin sağlamlığına ciddi zərər verə bilər və donor komponentləri ilə belə bərpa oluna bilməz. Buna görə də, plazmaferez proseduru yalnız kritik hallarda həyata keçirilir.

Son xəbərlər

Böyrəklərdə sakit təhlükə - hidronefrozun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12.02.2026
Ətraflı oxu arrow-right-blue
Yanıqların müalicəsi zamanı dəri köçürülməsi icbari tibbi sığorta hesabına aparılır
02.02.2026
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Naxçıvanda vətəndaşları qəbul edib
29.01.2026
Ətraflı oxu arrow-right-blue
Naxçıvan Muxtar Respublikasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin filialı yaradılıb
27.01.2026
Ətraflı oxu arrow-right-blue
İcbari tibbi sığortanın Xidmətlər Zərfinə koxlear implantasiya ilə bağlı 3 yeni tibbi xidmət əlavə edilib
27.01.2026
Ətraflı oxu arrow-right-blue
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi mətbuat konfransı keçirib
27.01.2026
Ətraflı oxu arrow-right-blue
Ötən il icbari tibbi sığorta barədə genişmiqyaslı maarifləndirmə tədbirləri həyata keçirilib
23.01.2026
Ətraflı oxu arrow-right-blue
İnsultun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
13.01.2026
Ətraflı oxu arrow-right-blue
Valideynlər övladlarının laborator analiz nəticələrinə artıq “mygov” platformasında baxa biləcəklər
07.01.2026
Ətraflı oxu arrow-right-blue
“Regionlarda uşaqların tibbi müayinəsi” layihəsinin icrası başa çatıb
17.12.2025
Ətraflı oxu arrow-right-blue