Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

Agentlik Beynəlxalq Sosial Təminat Assosiasiyasına rəsmi tərəfdaş üzv qismində qəbul olunub

04.03.2026, 14:54

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Beynəlxalq Sosial Təminat Assosiasiyasına (BSTA - International Social Security Association) rəsmi tərəfdaş üzv qismində qəbul olunub.

10 illik fəaliyyəti dövründə Agentliyin ilk dəfə beynəlxalq təşkilata üzv olması ölkəmizdə icbari tibbi sığorta modelinin beynəlxalq səviyyədə tanınmasının və etibarlı tərəfdaş kimi qəbul edilməsinin göstəricisidir. Bu üzvlük Agentliyə beynəlxalq sosial təminat gündəliyində daha fəal iştirak, qabaqcıl təcrübələrin öyrənilməsi və tətbiqi, eləcə də çoxtərəfli əməkdaşlıq platformalarında təmsilçilik imkanları yaradır.

BSTA çərçivəsində əməkdaşlıq Azərbaycanın icbari tibbi sığorta sahəsində əldə etdiyi nəticələrin beynəlxalq müstəvidə paylaşılmasına, eyni zamanda digər ölkələrin oxşar çağırışlara dair tətbiq etdiyi mexanizmlərin öyrənilməsinə şərait yaradır.

Qeyd edək ki, Agentlik eyni zamanda Beynəlxalq Sosial Sığorta Assosiasiyasının Texniki Komissiyalar üzrə Forumunda təmsil olunub. Agentliyin İdarə Heyəti sədrinin müşaviri İsa Əliyev  Səhiyyə üzrə Texniki Komissiyanın sədr müavini vəzifəsinə seçilib və sözügedən komissiyanın iclasında iştirak edib.

İclas zamanı 2026–2028-ci illəri əhatə edən fəaliyyət gündəliyi müzakirə edilib, profilaktik yanaşmaların gücləndirilməsi, rəqəmsal həllər vasitəsilə tibbi xidmətlərə çıxışın və keyfiyyətin artırılması, eləcə də tibbi xərclərin idarə olunması kimi prioritet istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.

Beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, bilik və təcrübə mübadiləsinin inkişafı, sosial təminat sistemində davamlı innovativ yanaşmaların tətbiqi xüsusi əhəmiyyət daşıyır.

Son xəbərlər

İcbari tibbi sığorta hesabına qadınlara 5 milyondan çox ginekoloji tibbi xidmət göstərilib
06.03.2026
Ətraflı oxu arrow-right-blue
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 10 illik yubiley tədbiri keçirib
26.02.2026
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Şirvan şəhərində vətəndaşları qəbul edib
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Koxlear implantasiyadan sonra cihazın əvəzlənməsi və yenilənməsi artıq icbari tibbi sığorta ilə qarşılanır
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentliyin nümayəndə heyəti Avstraliya İttifaqına işgüzar səfər edib
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik və Serbiya Respublikasının Milli Tibbi Sığorta Fondu arasında Anlaşma Memorandumu imzalanıb
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Böyrəklərdə sakit təhlükə - hidronefrozun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12.02.2026
Ətraflı oxu arrow-right-blue
Yanıqların müalicəsi zamanı dəri köçürülməsi icbari tibbi sığorta hesabına aparılır
02.02.2026
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Naxçıvanda vətəndaşları qəbul edib
29.01.2026
Ətraflı oxu arrow-right-blue
Naxçıvan Muxtar Respublikasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin filialı yaradılıb
27.01.2026
Ətraflı oxu arrow-right-blue