Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

Koxlear implantasiyadan sonra cihazın əvəzlənməsi və yenilənməsi artıq icbari tibbi sığorta ilə qarşılanır

25.02.2026, 09:43

İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində koxlear implantasiya əməliyyatı və ilkin reabilitasiya mərhələləri qarşılanır. 2025-ci il ərzində eşitmə qabiliyyətinin bərpası üçün 136 nəfərə icbari tibbi sığorta hesabına koxlear implantasiya əməliyyatı icra olunub.

Bu ildən sözügedən xidmətlərlə yanaşı, əməliyyatdan sonrakı dövrlərdə nitq prosessorunun (üst cihaz) sıradan çıxması nəticəsində yenilənməsi və ya əvəz olunması halları da sığorta təminatına daxil edilib. Belə ki, icbari tibbi sığorta çərçivəsində nitq prosessoru ilə bağlı 3 yeni tibbi xidmət təminata alınıb.

Bu yeniliklərə əsasən, implantasiya əməliyyatından 1 il sonra üst cihazın 4 dəfə tənzimlənməsi icbari tibbi sığorta hesabına həyata keçirilir. Sözügedən tənzimləmələr cihazın pasiyentin eşitmə ehtiyaclarına uyğunlaşdırılmasına və reabilitasiya prosesinin daha səmərəli aparılmasına imkan yaradır.

Eyni zamanda, ən azı 5 il müddətində istifadə edilmiş nitq prosessorlarının daha müasir texnoloji imkanlara malik yeni model cihazla əvəz olunması da icbari tibbi sığorta ilə qarşılanır.

Eləcə də zəmanət müddəti bitmiş və texniki cəhətdən yararsız hala düşmüş nitq prosessorlarının eyni modelin yenisi ilə əvəz olunması da icbari tibbi sığorta təminatına daxildir. Qeyd olunan yeniliklər koxlear implantdan istifadə edən şəxslərin uzunmüddətli tibbi dəstək almasına, həyat keyfiyyətinin yüksəlməsinə və sosial həyata daha aktiv qoşulmasına xidmət edir.

Sözügedən bu 3 yeni xidmət  koxlear implantasiya əməliyyatı icbari tibbi sığorta hesabına icra olunmayan sığortaolunanlara da şamil olunur.

Diaqnoz və ilkin müayinələr üçün pasiyentlər TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinə və ya Səhiyyə Nazirliyinin tabeliyindəki müvafiq elmi-tədqiqat institutlarına müraciət edə bilərlər. Əməliyyat icbari tibbi sığorta hesabına tibbi göstəriş və göndəriş əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) müqavilə bağladığı özəl tibb müəssisələrində həyata keçirilir. Əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, koxlear implant sistemi (daxili cihaz), daxili cihazın yerləşdirilməsindən 1 ay sonra əməliyyat olunmuş hissənin sağalmasının gözlənilməsi şərtilə üst cihazın yerləşdirilməsi, əməliyyatdan sonrakı 12 ay ərzində 3 dəfə üst cihazda səsin tənzimlənməsi icbari tibbi sığorta ilə qarşılanır. Koxlear implantasiya əməliyyatından sonra pasiyentlər icbari tibbi sığorta çərçivəsində reabilitasiya xidmətlərinə (36 seans loqoped və psixoloq xidməti) cəlb olunur və bu proses eşitmə və nitq bacarıqlarının inkişafına mühüm töhfə verir.

Əməliyyatdan sonra Xidmətlər Zərfi çərçivəsində üst cihazın tənzimlənməsi, yenilənməsi və ya əvəzlənməsi ilə bağlı xidmətlərdən istifadə etmək üçün Agentliyə rəsmi qaydada müraciət olunmalıdır. Tibbi göstərişə əsasən xidmətlər icbari tibbi sığorta çərçivəsində bu sahə üzrə ixtisaslaşmış Agentliklə müqaviləsi olan tibb müəssisələrində həyata keçirilir.

Son xəbərlər

İcbari tibbi sığorta hesabına qadınlara 5 milyondan çox ginekoloji tibbi xidmət göstərilib
06.03.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik Beynəlxalq Sosial Təminat Assosiasiyasına rəsmi tərəfdaş üzv qismində qəbul olunub
04.03.2026
Ətraflı oxu arrow-right-blue
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 10 illik yubiley tədbiri keçirib
26.02.2026
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Şirvan şəhərində vətəndaşları qəbul edib
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentliyin nümayəndə heyəti Avstraliya İttifaqına işgüzar səfər edib
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik və Serbiya Respublikasının Milli Tibbi Sığorta Fondu arasında Anlaşma Memorandumu imzalanıb
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Böyrəklərdə sakit təhlükə - hidronefrozun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12.02.2026
Ətraflı oxu arrow-right-blue
Yanıqların müalicəsi zamanı dəri köçürülməsi icbari tibbi sığorta hesabına aparılır
02.02.2026
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Naxçıvanda vətəndaşları qəbul edib
29.01.2026
Ətraflı oxu arrow-right-blue
Naxçıvan Muxtar Respublikasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin filialı yaradılıb
27.01.2026
Ətraflı oxu arrow-right-blue