Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub

06.05.2025, 06:45

2024-cü ildə icbari tibbi sığorta hesabına plevral boşluqdan (ağciyər və döş qəfəsi divarının daxili səthi arasındakı nahiyə) artıq mayenin xaric edilməsi məqsədilə 5643 prosedur icra olunub. 

Plevral boşluqda yığılan mayenin diaqnostik və laborator müayinələri, drenajı, tibbi sərf (kateter) və anesteziya xidməti icbari tibbi sığorta təminatına daxildir. 
Plevral boşluqda normada olan maye (10-20 ml) tənəffüs prosesində ağciyərlər və döş qəfəsinin daxili səthi arasında sürtünmənin qarşısını alır. Maye miqdarının eyni səviyyədə qalması plevra tərəfindən tənzimlənir. Lakin bir çox xəstəliklər zamanı plevra boşluğuna ifraz edilən maye miqdarının artması və ya sorulmasının ləngiməsi nəticəsində plevral mayenin artması müşahidə olunur. Çox miqdarda maye ağciyərləri sıxır və divararalığı orqanların yerdəyişməsi baş verir. Nəticədə təngnəfəslik, aşağı ətraflarda şişkinlik, sianoz (dərinin göyərməsi) və başqa simptomlar müşahidə edilə bilər.

Plevra boşluğunda mayenin yığılması pnevmoniya, vərəm, ürək xəstəlikləri, böyrək çatışmazlığı, qaraciyər sirrozu, bədxassəli törəmələr, poliorqan çatışmazlığı, ağciyər tromboemboliyası, həmçinin bəzi dərman preparatlarının yan təsirləri səbəbindən müşahidə oluna bilər.

Bu vəziyyətin diaqnostikası döş qəfəsinin rentgenoqrafiyası, ultrasəs müayinəsi və kompüter tomoqrafiyası əsasında aparılır. Plevral punksiya döş qəfəsində maye yığıldıqda tətbiq olunan və yerli anesteziya altında həyata keçirilən prosedurdur. Bu prosedur plevral maye həcmi 10 ml və daha çox olan, demək olar ki, bütün xəstələrdə, həmçinin ilk dəfə diaqnoz qoyulmuş və ya naməlum etiologiyalı xəstələrdə aparılır. Təxminən 15 dəqiqə davam edən prosedur zamanı pasiyent oturaq vəziyyətində olur.

Əgər ürək çatışmazlığı olan xəstədə döş qəfəsində ağrı, qızdırma və ya təngnəfəslik yoxdursa və maye hər iki tərəfdə simmetrik yığılmışsa, prosedura ehtiyac olmur, bu zaman dərman müalicəsi kifayətdir. Plevral punksiya həm diaqnostik (xəstəliyin səbəbinin təyin edilməsi), həm də müalicəvi məqsədlərlə icra edilə bilər. Alınan maye laborator müayinəyə göndərilir və nəticəyə uyğun müalicə başlanılır. Prosedurdan sonra pasiyentin tənəffüsü bərpa olunur və həyat keyfiyyəti yaxşılaşır. 

Prosedur ərəfəsində spirtli içki və tütün məmulatlarından istifadə etməmək,  fiziki aktivlikdən çəkinmək, qan durulaşdıran dərman preparatları qəbul etməmək,  həddən artıq  emosional gərginliyə yol verməmək tövsiyə olunur. Prosedurdan 8 saat əvvəl maye və qida qəbulunu dayandırmaq, tibbi göstəriş və həkim təyinatı ilə  tələb olunan laborator analizləri vermək tövsiyə olunur. 

Son xəbərlər

Zaur Əliyev Kəlbəcər şəhərində vətəndaşları qəbul edib
18.03.2026
Ətraflı oxu arrow-right-blue
Vaxtından əvvəl doğulmuş azçəkili körpələrə icbari tibbi sığorta ilə 109 mindən çox tibbi xidmət göstərilib
11.03.2026
Ətraflı oxu arrow-right-blue
İcbari tibbi sığorta hesabına qadınlara 5 milyondan çox ginekoloji tibbi xidmət göstərilib
06.03.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik Beynəlxalq Sosial Təminat Assosiasiyasına rəsmi tərəfdaş üzv qismində qəbul olunub
04.03.2026
Ətraflı oxu arrow-right-blue
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 10 illik yubiley tədbiri keçirib
26.02.2026
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Şirvan şəhərində vətəndaşları qəbul edib
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Koxlear implantasiyadan sonra cihazın əvəzlənməsi və yenilənməsi artıq icbari tibbi sığorta ilə qarşılanır
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentliyin nümayəndə heyəti Avstraliya İttifaqına işgüzar səfər edib
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik və Serbiya Respublikasının Milli Tibbi Sığorta Fondu arasında Anlaşma Memorandumu imzalanıb
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Böyrəklərdə sakit təhlükə - hidronefrozun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12.02.2026
Ətraflı oxu arrow-right-blue