24 Марта 2020 09:04

Bakıda metro stansiyaları arasında ekspress avtobusların MARŞRUTları

Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində xüsusi karantin rejimi tətbiq etməsi ilə əlaqədar metro stansiyaları arasında müəyyən edilmiş marşrut əsasında iki istiqamət üzrə xüsusi ekspress avtobus xətləri təşkil edilir.

Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, M1 və M2 ekspress marşrut avtobusları 06:00-22:00 arası fəaliyyət göstərəcək. Ekspress xətlər üzrə avtobuslar yalnız metro stansiyaların çıxışlarında olan dayanacaq məntəqələrində dayanacaq.

M1 – xətti:  H.Aslanov m/st. – Əhmədli m/st – Xalqlar Dostluğu m/st. – Neftçilər m/st. – Q.Qarayev m/st. – Koroğlu m/st. – N.Nərimanov m/st. – Gənclik m/st. – Azadlıq pr. m/st. – 3-cü mkr. dairəsi (M.Əcəmi m/st.) – 20 Yanvar m/st.  (ümumilikdə 11 m/st.)

M2 – xətti:  H.Aslanov m/st. – Əhmədli m/st – Xalqlar Dostluğu m/st. – Neftçilər m/st. – Q.Qarayev m/st. – Koroğlu m/st. – N.Nərimanov m/st. – Gənclik m/st. – 28 May m/st. – Sahil m/st. – İçərişəhər m/st. – Nizami m/st. – Elmlər Ak. m/st. – İnşaatçılar m/st. - 20 Yanvar m/st. (ümumilikdə 15 m/st.)

Ekspress xətlər üzrə avtobuslar 10 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərəcək. Marşrutlar üzrə sərnişindaşımalar “BakuBus” MMC-nin istismarında olan 30 ədəd (M1- 13 ədəd; M2 – 17 ədəd) böyüktutumlu (12 m) avtobuslarla həyata keçiriləcək. Zərurət yaranacağı halda böyüktutumlu (18 m) avtobusların istismarı nəzərdə tutulub. Hər iki xətt üzrə gediş haqqı 0.30 qəpik müəyyən edilib və ödəniş nağdsız formada “BakıKart”-la olacaq.

Eyni zamanda bildiririk ki, müntəzəm marşrut xətləri üzrə sərnişin avtobuslarının fəaliyyəti də adi rejimdə davam edəcək. Gündəlik xəttə çıxan avtobusların sayı sərnişin axınına uyğun olaraq tənzimlənəcəkdir. 

Sərnişinlərdən metrodan istifadəni minimuma endirməyi, yerüstü nəqliyyatdan istifadəyə üstünlük vermələrini xahiş edirik. Həmçinin zəruriyyət olmadan evdən çıxmamağı tövsiyə edirik.

СМИ о нас

Удалось ли обеспечить всех азербайджанцев доступом к медицине? В гостях у haqqin.az Председатель Правления Госагентства Заур Алиев

26 Февраля 2024 18:02

Prezidentin 8 yaşlı əsəri - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yoxdan möcüzə yaratdı...

17 Февраля 2024 22:33

800 тысяч граждан Азербайджана прошли бесплатное обследование при помощи КТ и МРТ

10 Февраля 2024 22:00

Zaur Əliyev: “Gələcəyə baxışımız ölkədə universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir”

02 Февраля 2024 11:21

Трансплантация почки и печени. Сбор средств недопустим!

10 Января 2024 16:44

Госагентство медстрахования выявило у детей и женщин недостаток витамина D

09 Января 2024 15:58

Женщин в Азербайджане на выявление опухоли будут обследовать бесплатно

08 Января 2024 13:42

ЛОР-операции в Азербайджане

07 Января 2024 12:27

Государственное агентство медстрахования Азербайджана обеспокоено!

18 Декабря 2023 13:42

“Azərbaycanda “Medinex-2023” sərgisi keçiriləcək”

03 Ноября 2023 11:50

Заказать звонок