Yerləşdirilmə tarixi: 04.12.2020
Son müraciət tarixi: 30.12.2020

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Ağcəbədi şəhərində fəaliyyət göstərəcək filialı üçün Mütəxəssis vəzifəsinə vakant yer elan edir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığortanın tətbiqini təmin edən xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir.


Vəzifə öhdəlikləri:
•    Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə baxılması, vətəndaşların qəbulunun həyata keçirilməsi, xidməti araşdırma ilə bağlı müvafiq sorğuların verilməsi;
•    Filiala daxil olmuş vətəndaş müraciətlərinə “Vətəndaş müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətlərdə baxılmasının təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi;
•    Vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması qaydası”nın və digər qanunvericilik aktlarının tələblərinə uyğun aparılmasının təmin edilməsi;
•    Filialda kargüzarlıq işinin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın, digər qanunvericilik aktlarının tələblərinə uyğun aparılması və sənədlərin tərtibinə nəzarət edilməsi;
•    Vətəndaş müraciətlərinin müvafiq elektron kitabda qeydə alınması;
•    Vətəndaş müraciətləri ilə bağlı hazırlanmış cavab məktublarının düzgün tərtibinə nazarət edilməsi;
•    Fəaliyyəti üzrə müvafiq xəstəxanalara xidməti səfərlərin və digər tibbi ərazilərə ezamiyyətlərin həyata keçirilməsi;
•    Filialın səmərəli işinin təmin edilməsi;
filial müdiri tərəfindən xidməti fəaliyyətlə əlaqədar verilmiş göstərişlərin yerinə yetirilməsi;
•    Agentliyin daxili intizam və etik davranış qaydalarına riayət edilməsi.


Vəzifə üçün tələblər:
•    Ali təhsil;
•    1 il əmək stajı;
•    Ofis proqramları üzrə biliklər.


Maraqlanan namizədlər CV-lərini 30 dekabr 2020-ci il tarixinədək hr@its.gov.az e-mail ünvanına göndərə bilərlər.

Müraciət olunan  vəzifənin adı qeyd edilməlidir.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.


 

Zəng sifariş et