Yerləşdirilmə tarixi: 04.12.2020
Son müraciət tarixi: 30.12.2020
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Ağcəbədi şəhərində fəaliyyət göstərəcək filialı üçün Mütəxəssis vəzifəsinə vakant yer elan edir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığortanın tətbiqini təmin edən xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir.
Vəzifə öhdəlikləri:
• Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə baxılması, vətəndaşların qəbulunun həyata keçirilməsi, xidməti araşdırma ilə bağlı müvafiq sorğuların verilməsi;
• Filiala daxil olmuş vətəndaş müraciətlərinə “Vətəndaş müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətlərdə baxılmasının təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi;
• Vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması qaydası”nın və digər qanunvericilik aktlarının tələblərinə uyğun aparılmasının təmin edilməsi;
• Filialda kargüzarlıq işinin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın, digər qanunvericilik aktlarının tələblərinə uyğun aparılması və sənədlərin tərtibinə nəzarət edilməsi;
• Vətəndaş müraciətlərinin müvafiq elektron kitabda qeydə alınması;
• Vətəndaş müraciətləri ilə bağlı hazırlanmış cavab məktublarının düzgün tərtibinə nazarət edilməsi;
• Fəaliyyəti üzrə müvafiq xəstəxanalara xidməti səfərlərin və digər tibbi ərazilərə ezamiyyətlərin həyata keçirilməsi;
• Filialın səmərəli işinin təmin edilməsi;
filial müdiri tərəfindən xidməti fəaliyyətlə əlaqədar verilmiş göstərişlərin yerinə yetirilməsi;
• Agentliyin daxili intizam və etik davranış qaydalarına riayət edilməsi.
Vəzifə üçün tələblər:
• Ali təhsil;
• 1 il əmək stajı;
• Ofis proqramları üzrə biliklər.
Maraqlanan namizədlər CV-lərini 30 dekabr 2020-ci il tarixinədək hr@its.gov.az e-mail ünvanına göndərə bilərlər.
Müraciət olunan vəzifənin adı qeyd edilməlidir.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
Agentlik Özəl tibb müəssisələrinin ekspertizası şöbəsinə vakansiya elan edir
11 İyul 2024 10:18
Agentlik Dərman və tibbi vasitələr şöbəsinin baş məsləhətçisi vakansiyası elan edir
04 İyul 2024 15:40
Agentlik Dərman və tibbi vasitələr şöbəsinin aparıcı məsləhətçisi vakansiyası elan edir
04 İyul 2024 15:37
Agentlik Sənədlərlə iş şöbəsinə vakansiya elan edir
04 İyul 2024 15:29
Agentlik Layihələrin idarəolunması şöbəsinə vakansiya elan edir
27 İyun 2024 12:03
Agentlik Çağrı mərkəzinə gecə növbəsi üzrə vakansiya elan edir
25 İyun 2024 14:38
Agentlik Çağrı mərkəzinə kiçik mütəxəssis üzrə vakansiya elan edir
25 İyun 2024 14:34
Agentlik Göndərişlər şöbəsinə vakansiya elan edir
12 İyun 2024 22:20
Agentlik Təchizat və satınalma şöbəsinə vakansiya elan edir
14 May 2024 14:57
Agentlik Sənədlərlə iş şöbəsinə vakansiya elan edir
08 May 2024 15:27