Yerləşdirilmə tarixi: 19.04.2021
Son müraciət tarixi: 19.05.2021

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Çağrı mərkəzinə vakant yer elan edir

Vəzifə: Supervayzer
Şöbə: Çağrı mərkəzi

 

Vəzifə öhdəlikləri:

      • Çağrı mərkəzi əməkdaşlarının faydalı iş əmsalına artırmaq üçün iş yükünün proqnozlaşdırılması və hədəflərin müəyyənləşdirilməsi;
      • Çağrı mərkəzinin qrupları arasında işçi qüvvəsinin bölgüsünun aparılması;
      • Təmsilçilərin (operatorların) zəng planına nəzarət edilməsi;
      • Zənglərin idarə olunması və digər əməliyyatlara nəzarət edilməsi və onların inkişaf etdirilməsi;
      • Əsas fəaliyyət göstəricilərinin tətbiq və təhlil edilməsi, o cümlədən fəaliyyətin və təmsilçilərin (operatorların) monitorinqinin həyata keçirilməsi;
      • Statistik məlumatların toplanması, təhlil edilməsi və dövri hesabatların hazırlanması;
      • Operativ və yüksək xidmət standartlarının təmin edilməsi məqsədilə əməkdaşların daxili təliminin təşkil edilməsi;
      • Xidməti zərurətlə əlaqədar Agentliyin çağrı mərkəzinin dövlət qurumlarının çağrı mərkəzləri ilə əlaqələndirilməsi;
      • Agentliyin çağrı mərkəzində xidmətin daha səmərəli təşkili istiqamətində digər zəruri funksiyaların həyata keçirilməsi;
      • Agentliyin daxili intizam və etik davranış qaydalarına riayət edilməsi.

    Vəzifə üçün tələblər:

  • Ali təhsil;
  • CRM tipli sistemlərlə minimum 2 il iş təcrübəsi;
  • Qurumlar və vətəndaşlar ilə peşəkar ünsiyyət qabiliyyəti;
  • Problemləri həll etmək, analitik düşünmə bacarığı;
  • Dinamik və yeniliklərə açıq;
  • Məsuliyyətli, peşəkar, tələbkar, təşəbbüskar olmaq, əməkdaşlar qarşısında vəzifələri düzgün qoymaq bacarığı və qərar qəbul etmək qabiliyyəti;
  • Operativlik və gərgin iş rejimində işləmə bacarığı;
  • Dövlət qurumlarının çağrı mərkəzində iş təcrübəsi üstünlükdür;
  • Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus və ingilis dili arzuolunandır);
  • MS Office, çağrı mərkəzi avadanlıqları və proqramlarında sərbəst işləmək bacarığı;
  • Çağrı mərkəzində müvafiq sahədə minimum 3 il iş təcrübəsi.

Maraqlanan namizədlər CV-lərini 19 may 2021-ci il tarixinədək hr@its.gov.az  e-mail ünvanına göndərə bilərlər.

Müraciət olunan  vəzifənin adı qeyd edilməlidir.  

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Zəng sifariş et