Yerləşdirilmə tarixi: 19.04.2021
Son müraciət tarixi: 19.05.2021
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Çağrı mərkəzinə vakant yer elan edir
Vəzifə: Supervayzer
Şöbə: Çağrı mərkəzi
Vəzifə öhdəlikləri:
- Çağrı mərkəzi əməkdaşlarının faydalı iş əmsalına artırmaq üçün iş yükünün proqnozlaşdırılması və hədəflərin müəyyənləşdirilməsi;
- Çağrı mərkəzinin qrupları arasında işçi qüvvəsinin bölgüsünun aparılması;
- Təmsilçilərin (operatorların) zəng planına nəzarət edilməsi;
- Zənglərin idarə olunması və digər əməliyyatlara nəzarət edilməsi və onların inkişaf etdirilməsi;
- Əsas fəaliyyət göstəricilərinin tətbiq və təhlil edilməsi, o cümlədən fəaliyyətin və təmsilçilərin (operatorların) monitorinqinin həyata keçirilməsi;
- Statistik məlumatların toplanması, təhlil edilməsi və dövri hesabatların hazırlanması;
- Operativ və yüksək xidmət standartlarının təmin edilməsi məqsədilə əməkdaşların daxili təliminin təşkil edilməsi;
- Xidməti zərurətlə əlaqədar Agentliyin çağrı mərkəzinin dövlət qurumlarının çağrı mərkəzləri ilə əlaqələndirilməsi;
- Agentliyin çağrı mərkəzində xidmətin daha səmərəli təşkili istiqamətində digər zəruri funksiyaların həyata keçirilməsi;
- Agentliyin daxili intizam və etik davranış qaydalarına riayət edilməsi.
Vəzifə üçün tələblər:
- Ali təhsil;
- CRM tipli sistemlərlə minimum 2 il iş təcrübəsi;
- Qurumlar və vətəndaşlar ilə peşəkar ünsiyyət qabiliyyəti;
- Problemləri həll etmək, analitik düşünmə bacarığı;
- Dinamik və yeniliklərə açıq;
- Məsuliyyətli, peşəkar, tələbkar, təşəbbüskar olmaq, əməkdaşlar qarşısında vəzifələri düzgün qoymaq bacarığı və qərar qəbul etmək qabiliyyəti;
- Operativlik və gərgin iş rejimində işləmə bacarığı;
- Dövlət qurumlarının çağrı mərkəzində iş təcrübəsi üstünlükdür;
- Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus və ingilis dili arzuolunandır);
- MS Office, çağrı mərkəzi avadanlıqları və proqramlarında sərbəst işləmək bacarığı;
- Çağrı mərkəzində müvafiq sahədə minimum 3 il iş təcrübəsi.
Maraqlanan namizədlər CV-lərini 19 may 2021-ci il tarixinədək hr@its.gov.az e-mail ünvanına göndərə bilərlər.
Müraciət olunan vəzifənin adı qeyd edilməlidir.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
Agentlik Özəl tibb müəssisələrinin ekspertizası şöbəsinə vakansiya elan edir
11 İyul 2024 10:18
Agentlik Dərman və tibbi vasitələr şöbəsinin baş məsləhətçisi vakansiyası elan edir
04 İyul 2024 15:40
Agentlik Dərman və tibbi vasitələr şöbəsinin aparıcı məsləhətçisi vakansiyası elan edir
04 İyul 2024 15:37
Agentlik Sənədlərlə iş şöbəsinə vakansiya elan edir
04 İyul 2024 15:29
Agentlik Layihələrin idarəolunması şöbəsinə vakansiya elan edir
27 İyun 2024 12:03
Agentlik Çağrı mərkəzinə gecə növbəsi üzrə vakansiya elan edir
25 İyun 2024 14:38
Agentlik Çağrı mərkəzinə kiçik mütəxəssis üzrə vakansiya elan edir
25 İyun 2024 14:34
Agentlik Göndərişlər şöbəsinə vakansiya elan edir
12 İyun 2024 22:20
Agentlik Təchizat və satınalma şöbəsinə vakansiya elan edir
14 May 2024 14:57
Agentlik Sənədlərlə iş şöbəsinə vakansiya elan edir
08 May 2024 15:27