Yerləşdirilmə tarixi: 11.02.2022
Son müraciət tarixi: 21.02.2022

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) tabeliyindəki tibb müəssisələrinə həkim-mütəxəssislərin (o cümlədən xaricdə təhsil almış) işə qəbulunu elan edir

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) tabeliyindəki aşağıdakı tibb müəssisələrinə işə qəbul olmaq istəyən həkim-mütəxəssislərdən anket formasını dolduraraq tələb olunan sənədlərin elektron nüsxələri ilə birlikdə doctors@its.gov.az elektron poçt ünvanına göndərməkləri xahiş olunur.

Elektron poçtun “mövzu” bölməsində müraciət edilən vəzifənin və tibb müəssisəsinin adı qeyd edilməlidir. Namizəd bir neçə tibb müəssisəsinə müraciət etmək istədiyi halda, hər tibb müəssisəsi üzrə ayrı-ayrılıqda müraciət etməlidir.

Tibb müəssisəsinin adıVəzifə adı
"Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu" PHŞHəkim-laborant
Həkim-travmatoloq-ortoped
Həkim-infeksionist
Həkim-terapevt
Həkim-anestezioloq-reanimatoloq
Həkim-radioloq 
"M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzi" PHŞHəkim-travmatoloq-ortoped
Həkim-terapevt
"Nizami Tibb Mərkəzi "PHŞŞüa diaqnostikası üzrə həkim (Həkim-rentgenoloq) 
Həkim-nevroloq
Həkim-anestezioloq-reanimatoloq
"Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu" PHŞHəkim-anestezioloq-reanimatoloq
Həkim-torakal cərrah 
"Kliniki Tibbi Mərkəz" PHŞHəkim-neyrocərrah
Həkim-otorinolarinqoloq
Həkim-travmatoloq-ortoped
Həkim-anestezioloq-reanimatoloq
Təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim
Həkim-torakal cərrah 
"V.Y.Axundov adına Emi-Tədqiqat Tibbi Profilaktika İnstitutu" PHŞHəkim-infeksionist
Həkim-mikrobioloq
"Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası" PHŞHəkim-anestezioloq-reanimatoloq
Həkim-anestezioloq-reanimatoloq (uşaq)
Həkim-uşaq cərrahı
Həkim-nevroloq
Həkim-endokrinoloq
Həkim-ümumi cərrah
Həkim-torakal cərrah
Həkim-damar cərrahı
"Azərbaycan Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu" PHŞMüalicə bədən tərbiyəsi üzrə həkim
"Respublika Perinatal Mərkəzi" PHŞHəkim-mama-ginekoloq
Həkim-neonatoloq
Həkim-anestezioloq-reanimatoloq
"Qaradağ Tibb Mərkəzi" PHŞHəkim-nefroloq
Həkim-ümumi cərrah
Təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim
“Akademik M.A Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi” PHŞHəkim-diyetoloq
Həkim-infeksionist
Həkim-ürək-damar cərrahı
Həkim-uşaq ürək-damar cərrahı
Həkim-anestezioloq-reanimatoloq
Həkim-ümumi cərrah
Həkim-nefroloq
Həkim-plastik cərrah
"Bakı Baş Səhiyyə Mərkəzi" PHŞŞüa diaqnostikası üzrə həkim 
Ailə həkimi - terapevt 
Ailə həkimi - pediatr
Həkim-ftiziatr

 

Həkim-mütəxəssis vəzifəsi üzrə tələb olunan sənədlərin siyahısı:

  • şəxsiyyətini təsdiq edən sənəd;
  • əsas (baza ali) tibb təhsili haqqında sənəd (diplom) (xarici dövlətlərin ali tibb təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla);
  • xarici dövlətlərdə təhsil alan şəxslər üçün işə buraxılma haqqında şəhadətnamə (namizədin işə qəbulunun rəsmiləşdirilməsi zamanı tələb olunacaq);
  • sertifikasiya şəhadətnaməsi (sertifikasiyadan keçməkdən qanunvericiliklə nəzərdə tutulmuş azad olma halları istisna olmaqla);
  • əmək kitabçası (namizədin işə qəbulunun rəsmiləşdirilməsi zamanı tələb olunacaq);
  • elmi dərəcə və elmi ad haqqında dövlət sənədi (olduğu halda);       
  • xarici dil və kompüter biliklərini təsdiq edən sənəd (olduğu halda);
  • seminar/konfranslarda iştirak etməni təsdiq edən sənəd (olduğu halda).

Sənəd qəbulu 21 fevral 2022-ci il günün sonunadək davam edəcəkdir.

Заказать звонок