Yerləşdirilmə tarixi: 11.02.2022
Son müraciət tarixi: 21.02.2022
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) tabeliyindəki tibb müəssisələrinə həkim-mütəxəssislərin (o cümlədən xaricdə təhsil almış) işə qəbulunu elan edir
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) tabeliyindəki aşağıdakı tibb müəssisələrinə işə qəbul olmaq istəyən həkim-mütəxəssislərdən anket formasını dolduraraq tələb olunan sənədlərin elektron nüsxələri ilə birlikdə doctors@its.gov.az elektron poçt ünvanına göndərməkləri xahiş olunur.
Elektron poçtun “mövzu” bölməsində müraciət edilən vəzifənin və tibb müəssisəsinin adı qeyd edilməlidir. Namizəd bir neçə tibb müəssisəsinə müraciət etmək istədiyi halda, hər tibb müəssisəsi üzrə ayrı-ayrılıqda müraciət etməlidir.
Tibb müəssisəsinin adı | Vəzifə adı |
"Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu" PHŞ | Həkim-laborant |
Həkim-travmatoloq-ortoped | |
Həkim-infeksionist | |
Həkim-terapevt | |
Həkim-anestezioloq-reanimatoloq | |
Həkim-radioloq | |
"M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzi" PHŞ | Həkim-travmatoloq-ortoped |
Həkim-terapevt | |
"Nizami Tibb Mərkəzi "PHŞ | Şüa diaqnostikası üzrə həkim (Həkim-rentgenoloq) |
Həkim-nevroloq | |
Həkim-anestezioloq-reanimatoloq | |
"Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu" PHŞ | Həkim-anestezioloq-reanimatoloq |
Həkim-torakal cərrah | |
"Kliniki Tibbi Mərkəz" PHŞ | Həkim-neyrocərrah |
Həkim-otorinolarinqoloq | |
Həkim-travmatoloq-ortoped | |
Həkim-anestezioloq-reanimatoloq | |
Təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim | |
Həkim-torakal cərrah | |
"V.Y.Axundov adına Emi-Tədqiqat Tibbi Profilaktika İnstitutu" PHŞ | Həkim-infeksionist |
Həkim-mikrobioloq | |
"Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası" PHŞ | Həkim-anestezioloq-reanimatoloq |
Həkim-anestezioloq-reanimatoloq (uşaq) | |
Həkim-uşaq cərrahı | |
Həkim-nevroloq | |
Həkim-endokrinoloq | |
Həkim-ümumi cərrah | |
Həkim-torakal cərrah | |
Həkim-damar cərrahı | |
"Azərbaycan Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu" PHŞ | Müalicə bədən tərbiyəsi üzrə həkim |
"Respublika Perinatal Mərkəzi" PHŞ | Həkim-mama-ginekoloq |
Həkim-neonatoloq | |
Həkim-anestezioloq-reanimatoloq | |
"Qaradağ Tibb Mərkəzi" PHŞ | Həkim-nefroloq |
Həkim-ümumi cərrah | |
Təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim | |
“Akademik M.A Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi” PHŞ | Həkim-diyetoloq |
Həkim-infeksionist | |
Həkim-ürək-damar cərrahı | |
Həkim-uşaq ürək-damar cərrahı | |
Həkim-anestezioloq-reanimatoloq | |
Həkim-ümumi cərrah | |
Həkim-nefroloq | |
Həkim-plastik cərrah | |
"Bakı Baş Səhiyyə Mərkəzi" PHŞ | Şüa diaqnostikası üzrə həkim |
Ailə həkimi - terapevt | |
Ailə həkimi - pediatr | |
Həkim-ftiziatr |
Həkim-mütəxəssis vəzifəsi üzrə tələb olunan sənədlərin siyahısı:
- şəxsiyyətini təsdiq edən sənəd;
- əsas (baza ali) tibb təhsili haqqında sənəd (diplom) (xarici dövlətlərin ali tibb təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla);
- xarici dövlətlərdə təhsil alan şəxslər üçün işə buraxılma haqqında şəhadətnamə (namizədin işə qəbulunun rəsmiləşdirilməsi zamanı tələb olunacaq);
- sertifikasiya şəhadətnaməsi (sertifikasiyadan keçməkdən qanunvericiliklə nəzərdə tutulmuş azad olma halları istisna olmaqla);
- əmək kitabçası (namizədin işə qəbulunun rəsmiləşdirilməsi zamanı tələb olunacaq);
- elmi dərəcə və elmi ad haqqında dövlət sənədi (olduğu halda);
- xarici dil və kompüter biliklərini təsdiq edən sənəd (olduğu halda);
- seminar/konfranslarda iştirak etməni təsdiq edən sənəd (olduğu halda).
Sənəd qəbulu 21 fevral 2022-ci il günün sonunadək davam edəcəkdir.
Vakansiyalar
Agentlik Dövlət tibb müəssisələrinin ekspertizası şöbəsinə vakansiya elan edir
18 İyul 2024 10:00
Agentlik Özəl tibb müəssisələrinin ekspertizası şöbəsinə vakansiya elan edir
11 İyul 2024 10:18
Agentlik Dərman və tibbi vasitələr şöbəsinin baş məsləhətçisi vakansiyası elan edir
04 İyul 2024 15:40
Agentlik Dərman və tibbi vasitələr şöbəsinin aparıcı məsləhətçisi vakansiyası elan edir
04 İyul 2024 15:37
Agentlik Sənədlərlə iş şöbəsinə vakansiya elan edir
04 İyul 2024 15:29
Agentlik Layihələrin idarəolunması şöbəsinə vakansiya elan edir
27 İyun 2024 12:03
Agentlik Çağrı mərkəzinə gecə növbəsi üzrə vakansiya elan edir
25 İyun 2024 14:38
Agentlik Çağrı mərkəzinə kiçik mütəxəssis üzrə vakansiya elan edir
25 İyun 2024 14:34
Agentlik Göndərişlər şöbəsinə vakansiya elan edir
12 İyun 2024 22:20
Agentlik Təchizat və satınalma şöbəsinə vakansiya elan edir
14 May 2024 14:57