27 Сентября 2018 14:36

İcbari tibbi sığorta və mikrosığorta ilə bağlı görüş keçirilib

Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin (Birlik) təşəbbüsü ilə “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” mövzusunda görüş keçirilib. Görüşdə Birliyin sədr müavini Vüqar Əliyev və Birliyin əməkdaşları, Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata), İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTS) və sığorta şirkətlərinin nümayəndələri iştirak edib.

Görüşün müzakirə mövzusu “Strateji Yol Xəritəsi”nin 1.3-cü prioritetindən irəli gələrək Azərbaycanda yeni sığorta növləri – icbari tibbi sığorta və mikrosığorta məhsulları beynəlxalq təcrübədə tətbiqi, bununla bağlı araşdırmanın nəticələri, Azərbaycan üçün ən uyğun model, bu məhsulların Azərbaycanda tətbiq metodları barədə təqdimatlar edilib, müzakirələr təşkil edilib və sığortaçılar onları maraqlandıran məsələlərlə bağlı suallarını səsləndiriblər.

Görüşün birinci hissəsində İTS-in icbari tibbi sığorta mexanizmi barədə təqdimatı, İTS tərəfindən hazırlanan baza zərfi, Mingəçevir və Yevlaxdakı pilot layihələr, onların nəticələri, aşkarlanan problemlər və onların həlli məqsədilə irəli sürülən təkliflərə dair fikir mübadiləsi aparılıb. Görüşdə iştirak edən İTS-in İcbari Tibbi Sığorta departamentinin rəhbəri Vüqar Qurbanov layihənin sosial əhəmiyyətini vurğulayaraq bildirib ki, bu, əhalinin tibbi sığorta təminatı, tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsi, əhalinin təkcə Bakı deyil, bölgələrdə olan tibbi müəssisələri və eyni zamanda, sığortaya olan inam və etimadının möhkəmləndirilməsi, həmçinin, həkimlərin öz sahələri üzrə yüksək səviyyədə ixtisaslaşmasına gətirib çıxaracaqdır. Bununla yanaşı, icbari tibbi sığorta mexanizmində sığorta şirkətlərinin rolundan bəhs edilib, burada dövlətlə şirkətlərin əməkdaşlığının həm dövlət, həm də sığortaçılar üçün önəmi və faydaları qeyd edilib.

Görüşün ikinci hissəsini mikrosığorta məhsullarına dair müzakirələr təşkil edib. Palata nümayəndələri Birliyin dəstəyi ilə sığorta şirkətlərindən əldə edilən mikrosığorta məhsulları üzrə bazar araşdırmasının nəticələri barədə sığortaçıları məlumatlandırıb. Burada mikrosığortanın əhəmiyyəti, beynəlxalq təcrübə, bazar araşdırmasının nəticələrindən asılı olaraq əhalinin mikrosığortaya olan tələbatı, mikrosığorta məhsulları tətbiq olunarsa ehtimal olunan penetrasiya faizi, üstünlük və faydaları barədə danışılıb.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 6 Dekabr 2018-ci il tarixli fərmani ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə sığorta bazarının inkişafı və genişləndirilməsi məqsədilə yeni icbari sığorta növləri – kənd təsərrüfatı sığortası, mikrosığorta, müştərək sığorta və icbari tibbi sığorta məhsullarının yaradılması prioritet olaraq müəyyən edilmişdir.

banko.az

СМИ о нас

Удалось ли обеспечить всех азербайджанцев доступом к медицине? В гостях у haqqin.az Председатель Правления Госагентства Заур Алиев

26 Февраля 2024 18:02

Prezidentin 8 yaşlı əsəri - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yoxdan möcüzə yaratdı...

17 Февраля 2024 22:33

800 тысяч граждан Азербайджана прошли бесплатное обследование при помощи КТ и МРТ

10 Февраля 2024 22:00

Zaur Əliyev: “Gələcəyə baxışımız ölkədə universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir”

02 Февраля 2024 11:21

Трансплантация почки и печени. Сбор средств недопустим!

10 Января 2024 16:44

Госагентство медстрахования выявило у детей и женщин недостаток витамина D

09 Января 2024 15:58

Женщин в Азербайджане на выявление опухоли будут обследовать бесплатно

08 Января 2024 13:42

ЛОР-операции в Азербайджане

07 Января 2024 12:27

Государственное агентство медстрахования Азербайджана обеспокоено!

18 Декабря 2023 13:42

“Azərbaycanda “Medinex-2023” sərgisi keçiriləcək”

03 Ноября 2023 11:50

Заказать звонок