22 Июля 2020 16:03

Koreya Respublikası tərəfindən Azərbaycana epidemiya əleyhinə yardım layihəsi çərçivəsində gətirilmiş tibbi maskaların təhvil-təslim mərasimi keçirilib

İyulun 22-də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Koreya Respublikası tərəfindən Azərbaycana epidemiya əleyhinə yardım layihəsi çərçivəsində gətirilmiş tibbi maskaların təhvil-təslim mərasimi keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycan Xarici işlər nazirinin müavini Ramiz Həsənov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova və Koreya Respublikasının fövqəladə və səlahiyyətli səfiri Kim Tonq Op çıxış ediblər.

Ramiz Həsənov Azərbaycan və Koreya arasında qarşılıq anlaşma və etimada əsaslanan ən yüksək səviyyəli siyasi dialoqun hökm sürdüyünü, Azərbaycanın epidemiya ilə apardığı mübarizənin ilk günlərindən Koreyanın Azərbaycan ilə həmrəylik nümayiş etdirdiyini, maddi və mənəvi dəstəyini əsirgəmədiyini diqqətə çatdırıb. Koreya Respublikası tərəfindən Azərbaycanın müxtəlif qurumları üçün virusla mübarizə mövzusunda mütəmadi videoseminarların keçirildiyini qeyd edən R.Həsənov Koreya Respublikası Hökuməti tərəfindən Azərbaycan Respublikası Hökumətinə tibbi maskaların təhvil verilməsinin Azərbaycan xalqı ilə həmrəylik rəmzi olduğunu qeyd edib və bu yardıma görə Xarici İşlər Nazirliyi adından təşəkkürünü bildirib.

Koreya Respublikasının fövqəladə və səlahiyyətli səfiri Kim Tonq Op bugünkü tədbirin koronavirus pandemiyası kimi qlobal böhranla mübarizədə Koreya və Azərbaycan əlaqələrinin yeni bir mərhələyə qədəm qoyaraq, gücləndiyi çox mənalı bir tədbir olduğunu diqqətə çatdırıb. Səfir Tong Op təqdim edilən maskaların Azərbaycanda koronavirus pandemiyasının yayılmasının qarşısının alınmasında köməklik, ölkələrimiz arasında dostluğun simvolu və Koreya xalqının Azərbaycan xalqına bəslədiyi sevginin nişanəsi kimi tarixə yazılacağını arzuladığını ifadə edib. Sonda Səfir Azərbaycan dövlət başçısının təşəbbüsü ilə BMT-nin Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr edilmiş xüsusi sessiyasının keçirilməsinə nail olması münasibətilə Azərbaycanı təbrik edib. O, Azərbaycanda koronavirus infeksiyasının yayılmağa başladığı gündən bu günədək onunla mübarizə aparan bütün əlaqədar dövlət təşkilatlarının fədakarlıq, səy və bacarıqlarına, eləcə də Azərbaycan xalqının böhranla mübarizə qabiliyyətinə öz dərin hörmətini bildirib və Azərbaycanın bu mübarizədə qalib gələcəyinə inamını ifadə edib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova dünyada qlobal böhrana çevrilən bu problemə qarşı beynəlxalq birliyin həmrəyliyə və əməkdaşlığa ehtiyac duyduğunu bildirib, bu mübarizədə səylərin birləşdirilməsinin və birgə addımların atılmasının, təcrübə mübadiləsinin aparılması fonunda həmrəylik sərgilənməsinin bəşəri bəlanın neytrallaşdırılmasında önəmli olduğunu bildirib. N.Bayramova hazırda bütün dünyanın öz səylərini koronavirusla mübarizəyə və profilaktika tədbirlərinə yönəltdiyi bir vaxtda Azərbaycan və Koreya hökumətlərinin sıx əməkdaşlıq əlaqələrinə sadiq qalaraq həmrəylik nümayiş etdirdiklərini məmnunluqla qeyd edib.

Tədbirin sonunda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova və Koreya Respublikasının səfiri Kim Tonq-op tərəfindən “Koreya Respublikası Hökumətinin Azərbaycan Respublikası Hökumətinə epidemiya əleyhinə yardım məqsədilə gətirilmiş əksepidemik vasitələrin Təhvil-Təslim Aktı” imzalanıb.

СМИ о нас

Удалось ли обеспечить всех азербайджанцев доступом к медицине? В гостях у haqqin.az Председатель Правления Госагентства Заур Алиев

26 Февраля 2024 18:02

Prezidentin 8 yaşlı əsəri - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yoxdan möcüzə yaratdı...

17 Февраля 2024 22:33

800 тысяч граждан Азербайджана прошли бесплатное обследование при помощи КТ и МРТ

10 Февраля 2024 22:00

Zaur Əliyev: “Gələcəyə baxışımız ölkədə universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir”

02 Февраля 2024 11:21

Трансплантация почки и печени. Сбор средств недопустим!

10 Января 2024 16:44

Госагентство медстрахования выявило у детей и женщин недостаток витамина D

09 Января 2024 15:58

Женщин в Азербайджане на выявление опухоли будут обследовать бесплатно

08 Января 2024 13:42

ЛОР-операции в Азербайджане

07 Января 2024 12:27

Государственное агентство медстрахования Азербайджана обеспокоено!

18 Декабря 2023 13:42

“Azərbaycanda “Medinex-2023” sərgisi keçiriləcək”

03 Ноября 2023 11:50

Заказать звонок