08 Октября 2019 10:11

Musa Quliyev: “İcbari tibbi sığortanın tətbiqində Azərbaycan üçün kifayət qədər uğurlu bir model seçilib”

"Ölkəmizdə icbari tibbi sığortanın tətbiqindən sonra səhiyyə sahəsində mövcud olan problemlər aradan qaldırılacaq". Bu fikri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib. M.Quliyev bildirib ki, icbari tibbi sığorta bütün dünyada səhiyyənin maliyyələşməsinin və idarə edilməsinin ən optimal və sınaqdan çıxmış modelidir. Onun sözlərinə görə, icbari tibbi sığortaya keçid Azərbaycan üçün labüddür: "Neçə ildir ki, bu məsələ üzərində iş gedir. Prezident İlham Əliyevin bununla bağlı fərman və sərəncamları var. Əvvəlcə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, daha sonra publik hüquqi şəxs yaranıb, qanunlara xeyli sayda  dəyişiklik edilib.  İcbari tibbi sığorta pilot layihə kimi 3 rayonda fəaliyyət göstərir. Bununla bağlı çox gözəl təcrübə və nəticələr var. Gələn ildən artıq Azərbaycanın bütün ərazisində icbari tibbi sığorta fəaliyyətə başlayacaq. Azərbaycan üçün kifayət qədər uğurlu bir model seçilib. Burada bir çox dünya ölkəsinin təcrübəsi toplansa da, sırf Azərbaycan modelidir, heç bir ölkənin 100 faizlik istifadə edilən modeli deyil. Burada Azərbaycan reallığı, əhalinin məşğulluğu, əməkhaqqı gəlirləri, ölkədə tibbin problemləri, üstünlükləri və s. bir sıra nüanslar nəzərə alınıb. Təbii ki, ilk başlayan vaxtlarda hansısa çətinliklər, problemlər ortaya çıxa bilər. Amma bunlar hamısı həll olunası məsələlərdir".

Olaylar.az

СМИ о нас

Удалось ли обеспечить всех азербайджанцев доступом к медицине? В гостях у haqqin.az Председатель Правления Госагентства Заур Алиев

26 Февраля 2024 18:02

Prezidentin 8 yaşlı əsəri - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yoxdan möcüzə yaratdı...

17 Февраля 2024 22:33

800 тысяч граждан Азербайджана прошли бесплатное обследование при помощи КТ и МРТ

10 Февраля 2024 22:00

Zaur Əliyev: “Gələcəyə baxışımız ölkədə universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir”

02 Февраля 2024 11:21

Трансплантация почки и печени. Сбор средств недопустим!

10 Января 2024 16:44

Госагентство медстрахования выявило у детей и женщин недостаток витамина D

09 Января 2024 15:58

Женщин в Азербайджане на выявление опухоли будут обследовать бесплатно

08 Января 2024 13:42

ЛОР-операции в Азербайджане

07 Января 2024 12:27

Государственное агентство медстрахования Азербайджана обеспокоено!

18 Декабря 2023 13:42

“Azərbaycanda “Medinex-2023” sərgisi keçiriləcək”

03 Ноября 2023 11:50

Заказать звонок