29 Декабря 2019 17:28

Nazirlər Kabinetində icbari tibbi sığortanın ölkə üzrə mərhələli tətbiqi ilə bağlı müşavirə keçirilib

2020-ci il yanvarın 1-dən etibarən ölkəmizdə mərhələli şəkildə yeni icbari tibbi sığorta sisteminin tətbiqi həyata keçiriləcək. 
AZƏRTAC xəbər verir ki, bu sahədə indiyə qədər görülən işlər və gələn ildən icbari tibbi sığortanın ölkə üzrə mərhələli tətbiqi ilə bağlı Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun sədrliyi ilə müşavirə keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı ildən başlayaraq icbari tibbi sığorta sahəsində bir sıra vacib fərman və sərəncamlar imzalayıb. Müşavirədə çıxış edən Baş Nazir Əli Əsədov deyib ki, 2017-ci ildən etibarən isə ölkəmizdə icbari tibbi sığortanın pilot layihə şəklində tətbiqinə başlanılıb. Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında həyata keçirilən icbari tibbi sığorta çərçivəsində 370 min nəfərə yaxın sığortaolunan baza zərfi əsasında ödənişsiz tibbi xidmətlərlə təmin edilib. Bir çox ölkələrin səhiyyə sistemində geniş şəkildə tətbiq edilən icbari tibbi sığortanın ölkəmizdə həyata keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin verdiyi qərar dövlət siyasətinin mərkəzində insan amilinin durduğunu bir daha sübut etdi. 2020-ci il yanvarın 1-də qüvvəyə minəcək qanuna əsasən əhalinin sığortalanmasına dövlət tərəfindən adambaşına 90 manat olmaqla 900 milyon manat vəsait ayrılacaq. Bu, dövlət tərəfindən aparılan sosialyönümlü islahatın və əhaliyə göstərilən qayğının bariz nümunəsidir. 

Bildirilib ki, icbari tibbi sığorta 10 milyon vətəndaşı əhatə edəcək. İcbari tibbi sığortanın tətbiqi mərhələli şəkildə baş tutacaq. Belə ki, yanvarın 1-dən Naxçıvan MR-in ərazisində və 23 regionda, aprelin 1-dən 20 regionda, iyulun 1-dən 15 regionda və oktyabrın 1-dən isə Bakı, Sumqayıt, Abşeronda tətbiq olunacaq. Beləliklə, 2020-ci ilin sonuna qədər Azərbaycanın bütün bölgələrində əhali icbari tibbi sığorta sisteminə qoşulacaq.

azertag.az

 

СМИ о нас

Удалось ли обеспечить всех азербайджанцев доступом к медицине? В гостях у haqqin.az Председатель Правления Госагентства Заур Алиев

26 Февраля 2024 18:02

Prezidentin 8 yaşlı əsəri - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yoxdan möcüzə yaratdı...

17 Февраля 2024 22:33

800 тысяч граждан Азербайджана прошли бесплатное обследование при помощи КТ и МРТ

10 Февраля 2024 22:00

Zaur Əliyev: “Gələcəyə baxışımız ölkədə universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir”

02 Февраля 2024 11:21

Трансплантация почки и печени. Сбор средств недопустим!

10 Января 2024 16:44

Госагентство медстрахования выявило у детей и женщин недостаток витамина D

09 Января 2024 15:58

Женщин в Азербайджане на выявление опухоли будут обследовать бесплатно

08 Января 2024 13:42

ЛОР-операции в Азербайджане

07 Января 2024 12:27

Государственное агентство медстрахования Азербайджана обеспокоено!

18 Декабря 2023 13:42

“Azərbaycanda “Medinex-2023” sərgisi keçiriləcək”

03 Ноября 2023 11:50

Заказать звонок