“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 12 noyabr tarixli 672 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“İctimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslərin Siyahısı” təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 1 sentyabr 2016-cı il

                     № 338

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 1 sentyabr tarixli 338 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

 

 

 

İctimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslərin

S İ Y A H I S I

 

1. Publik hüquqi şəxslər.

2. İctimai birliklər və fondlar.

3. Dini qurumlar.

4. Kredit təşkilatları.

5. Sığorta şirkətləri.

6. İnvestisiya fondları və bu fondların idarəçiləri.[1]

7. Qeyri-dövlət (özəl) sosial fondlar.

7-1. Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər.[2]

8. Qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər.

9. Kütləvi informasiya vasitələri ilə məhsullarının istehsalını və (və ya) yayılmasını həyata keçirən hüquqi şəxslər.

10. Telekommunikasiya xidməti göstərən müəssisələr.

11. Poçt müəssisələri.

12. Müntəzəm sərnişin və yük daşımalarını həyata keçirən nəqliyyat müəssisələri.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 20 iyun tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının (kredit təşkilatlarından, sığorta şirkətlərindən, investisiya fondlarından və bu fondların idarəçilərindən, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərdən, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəriciləri”nə cavab verən hüquqi şəxslər. [3]

Qeyd. Bu Siyahıda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

  1. 7 fevral 2017-ci il tarixli 34 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 fevral 2017-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 2, maddə 287)
  2. 24 fevral 2017-ci il tarixli 68 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 fevral 2017-ci il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 2, maddə 321)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 


[1] 7 fevral 2017-ci il tarixli 34 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 fevral 2017-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 2, maddə 287) ilə “İctimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslərin Siyahısı”nın 6-cı hissəyə “fondları” sözündən sonra “və bu fondların idarəçiləri” sözləri əlavə edilmişdir.

 

[2] 24 fevral 2017-ci il tarixli 68 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 fevral 2017-ci il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 2, maddə 321) ilə “İctimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslərin Siyahısı”na yeni məzmunda 7-1-ci hissə əlavə edilmişdir.

 

[3] 7 fevral 2017-ci il tarixli 34 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 fevral 2017-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 2, maddə 287) ilə “İctimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslərin Siyahısı”nın 13-cü hissəyə “investisiya fondlarından” sözlərindən sonra “və bu fondların idarəçilərindən” sözləri əlavə edilmişdir.

 

24 fevral 2017-ci il tarixli 68 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 fevral 2017-ci il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 2, maddə 321) ilə “İctimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslərin Siyahısı”nın 13-cü hissəyə “qeyri-dövlət (özəl) sosial fondlarından,” sözlərindən sonra “qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərdən,” sözləri əlavə edilmişdir.

 

Zəng sifariş et