16 Dekabr 2021 10:42

2021-ci ilin noyabr ayı ərzində Bakı və Sumqayıt tibbi ərazi bölmələrinin əhalisinə 985 mindən çox tibbi xidmət göstərilib

İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) təqdim edilən ilkin hesabatlara əsasən bu ilin noyabr ayı ərzində  Bakı TƏB-i üzrə 211 287 və Sumqayıt TƏB-i üzrə 42 794 (TƏB haqqında ətraflı məlumat üçün linkə keçid etmək olar) vətəndaşa ümumilikdə 985 719 tibbi xidmət göstərilib. Bu müddətdə tibb müəssisələri, onların struktur bölmələri və müalicə diaqnostika mərkəzlərinə 433 184 müraciət daxil olub. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 734 514-ü ambulator, 251 205-i isə stasionar şəraitdə göstərilib.

Cari ilin noyabr ayı üzrə sözügedən tibbi ərazi bölmələrinə dair əhaliyə göstərilən tibbi xidmətləri əks etdirən bir neçə statistik göstəricini təqdim edirik:

Bakı TƏB-i üzrə əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan müraciət sayına əsasən ilk onluqda yer alan rayonlar: Yasamal (256), Səbail (256), Nərimanov (247), Pirallahı (223), Sabunçu (215), Nəsimi (210), Xəzər (190), Suraxanı (138), Xətai (84) Qaradağ (81).

 Sumqayıt TƏB-i üzrə əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan müraciət sayı 113 təşkil edib.

Ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu[1]: Sumqayıt Tibb Mərkəzi (129 561), Kliniki Tibbi Mərkəzi (105 449), Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası (88 257), 5 nömrəli Şəhər Klinik Xəstəxanası (86 799), 3 nömrəli Şəhər Klinik Xəstəxanası (60 071), K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu (58 308), 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası (35 881), Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası (24 592), 15 nömrəli Uşaq Poliklinikası (20 134) və Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu (17 824).

Ən çox ambulator xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Sumqayıt Tibb Mərkəzi, 5 nömrəli Şəhər Klinik Xəstəxanası, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Kliniki Tibbi Mərkəzi, 3 nömrəli Şəhər Klinik Xəstəxanası, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, 15 nömrəli Uşaq Poliklinikası, Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası və 5 nömrəli Uşaq Poliklinikası.

Ən çox stasionar xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Kliniki Tibbi Mərkəzi, Sumqayıt Tibb Mərkəzi, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, 3 nömrəli Şəhər Klinik Xəstəxanası, 5 nömrəli Şəhər Klinik Xəstəxanası, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, M.Ə.Əfəndiyev adına 2 nömrəli Şəhər Klinik Xəstəxanası və Respublika Perinatal Mərkəzi.

Ötən ay ərzində Bakı və Sumqayıt TƏB-ləri üzrə tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), tənəffüs sistemi xəstəlikləri, qan dövranı sistemi xəstəlikləri, həzm sisteminin xəstəlikləri, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, sidik-cinsiyyət sisteminin xəstəlikləri, zədələr və zəhərlənmələr, mamalıq və ginekologiya və sinir sistemi xəstəlikləri ilə bağlı olub.

Agentliyə daxil olan hesabatlara əsasən 2021-ci ilin yanvar-oktyabr ayları ərzində ölkə üzrə dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən stasionar cərrahi xidmətlərlə bağlı müqaviləli tibb müəssisələrində xidmət alması üçün 19 763 şəxsə 23 683 göndəriş verilib. Bu göndərişlərin 8 890-ı invaziv radiologiya, 4 687-si radiologiya, 3 338-i oftalmologiya, 1 973-ü urologiya, 1 564-ü ürək-damar cərrahiyyəsi, 993-ü neyrocərrahiyyə, 319-u travmatologiya, 212-si kardiologiya, 25-i isə ginekologiya üzrə verilib. Digər sahələr üzrə verilmiş göndərişlərin sayı 1 682 təşkil edib. Qeyd edək ki, göndərişlərin 22 339-u (94%) planlı, 1 344-ü (6%) isə təcili əsasla qeydə alınmışdır.

İlkin hesablamalara görə, 2021-ci ilin yanvar-oktyabr ayları ərzində ölkə üzrə 16 386 nəfər müvafiq göndərişə əsasən dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən əməliyyat və xidmətlərlə bağlı müqaviləli tibb müəssisələrinə yönləndirilmişdir ki, bu şəxslərin 464 nəfərini uşaqlar təşkil etmişdir.  Belə ki, 18 yaşdan yuxarı 5 985 nəfərə invaziv radiologiya (angioqrafiya) üzrə xidmətlər göstərilib. Həmçinin ürək və damar cərrahiyyəsi/kardiologiya üzrə 4 866, oftalmologiya üzrə 2 958, urologiya üzrə 1 180, nevrologiya/neyrocərrahiyyə üzrə 639, travmatologiya üzrə 347, LOR üzrə 171, digər sahələr üzrə 143, ümumi cərrahiyə üzrə 69, ginekologiya və doğuş üzrə 28 nəfər əməliyyat olunub. Qeyd edək ki, ürək və damar cərrahiyyəsi üzrə əməliyyat keçirən pasiyentlərdən 237 nəfər 18 yaşdan aşağı şəxslərdir. Nəzərə çatdırırıq ki, vətəndaşlara verilmiş göndərişlər əsasında müqaviləli tibb müəssisələri tərəfindən tibbi xidmətlərin göstərilməsi və onların elektron reyestrdə qeydiyyatı davam edir.

Məlumat üçün bildirək ki, 2021-ci ilin noyabr ayında Bakı TƏB üzrə 844 720, Sumqayıt TƏB üzrə isə 140 999 tibbi xidmət göstərilib. Bütün ölkə üzrə isə noyabr ayı ərzində 620 651 nəfərə 1 044 998 müraciət üzrə 2 388 664 tibbi xidmət göstərilib. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 1 956 210-u ambulator, 432 454-ü isə stasionar şəraitdə göstərilib.

Bundan başqa, icbari tibbi sığortanın cari ilin aprel ayından etibarən tətbiq olunmağa başladığı Bakı TƏB üzrə dekabr ayına qədər 1 142 778 vətəndaşa 2 398 683 müraciət üzrə  5 093 941 tibbi xidmət, Sumqayıt TƏB üzrə isə 214 982 vətəndaşa 499 007 müraciət üzrə 861 657 tibbi xidmət göstərilib.

Cari ilin yanvar-noyabr ayları ərzində isə bütün ölkə üzrə 3 781 748 şəxs tibb müəssisələrinə müraciət edib və onlara 9 266 053 müraciət üzrə 20 489 085 tibbi xidmət göstərilib. Bu xidmətlərdən 15 981 486-sı (78%) 18 yaşdan yuxarı, 4 507 599-u (22%) isə 18 yaşdan aşağı şəxslərə göstərilib.

01.01.2020-ci il tarixinə olan rəsmi məlumata əsasən Bakı və Sumqayıt TƏB-ləri üzrə qeydiyyatda olan əhalinin sayı 3 milyon 47 min nəfər təşkil edir.

 

 

[1] Aparılmış struktur islahatlarının nəticəsində may ayından etibarən Bakı və Sumqayıt şəhərlərində çoxprofilli stasionar və ixtisaslaşdırılmış poliklinik xidmət göstərən tibb müəssisələrinin bazasında (Zəngilan və Qubadlı Rayon Mərkəzi Xəstəxanaları istisna olmaqla) Bakı şəhəri üzrə 11 və Sumqayıt şəhəri üzrə 1 tibb mərkəzi yaradılmışdır. Statistik göstəricilər tibb mərkəzləri üzrə ümumiləşdirilmiş məlumatları, habelə respublika tabeli tibb müəssisələri üzrə göstəriciləri özündə əks etdirir.

Zəng sifariş et