15 Noyabr 2019 16:55

Agentlik tibb müəssisələrində kadr məsələləri üzrə təlimi davam etdirir

15 noyabr 2019-cu il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən “Kadr məsələlərinin tənzimlənməsi” mövzusunda növbəti təlim Qəbələ Müalicə Diaqnostika Mərkəzində keçirilib. Təlimdə Şamaxı, İsmayıllı, Kürdəmir, Göyçay, Ucar, Zərdab, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən bölgələrində fəaliyyət göstərən tibb müəssisələrinin kadr məsələləri üzrə məsul əməkdaşları iştirak ediblər.

Təlim tibb müəssisələrinin icbari tibbi sığorta sisteminə keçidi ilə bağlı məsul əməkdaşları kadrlar sahəsində fəaliyyətlərinin təşkilinə dair məlumatlandırmaq və təlimatlandırmaq məqsədi ilə təşkil olunub.

Bu istiqamətdə təlim respublikanın digər regionlarında da keçiriləcək.