16 Dekabr 2021 16:19

Agentlikdə Litva Respublikasının ölkəmizdəki səfiri ilə görüş keçirilib

Bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və Litva Respublikasının ölkəmizdəki səfiri Eqidius Navikas arasında görüş keçirilib. Görüşdə Hüquq departamentinin rəhbəri Aysel İbayeva, Beynəlxalq əlaqələr departamentinin rəhbəri Ruslan Abdullayev iştirak ediblər. Görüş zamanı Litva Respublikası ekspertlərinin gələcəkdə “Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” Tvinninq layihəsində iştirak perspektivləri və ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Zəng sifariş et