27 Dekabr 2019 11:10
Agentliyin 3 filialı fəaliyyətə başladı
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) ilə bölgələrdə fəaliyyət göstərən tibb müəssisələri arasında səmərəli əlaqələndirməni təmin etmək məqsədi ilə Agentliyin strukturuna daxil olan 3 filial fəaliyyətə başlayıb.
2019-cu ilin dekabr ayından etibarən Mingəçevir, Gəncə və Quba filialları Agentliyin İdarə Heyəti tərəfindən müəyyən edilmiş inzibati ərazi vahidləri üzrə fəaliyyət göstərirlər. Belə ki, Agentliyin Mingəçevir filialı Mingəçevir şəhəri, Yevlax, Ağdaş, Bərdə və Tərtər rayonlarını, Gəncə filialı Gəncə və Naftalan şəhərlərini, Samux, Goranboy, Göygöl və Daşkəsən rayonlarını, Quba filialı isə Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarını əhatə edir. Filiallara rəhbərlik edəcək şəxslər də artıq təyin olunublar. Mingəçevir filialının rəhbəri vəzifəsini Yaşar Qocayev, Gəncə və Quba filiallarının rəhbərləri vəzifələrini isə müvafiq olaraq Azər Dəmirov və İsa Məmmədov icra edirlər.
Agentliyi bölgələrdə təmsil etməklə yanaşı, filiallar müvafiq qanunvericiliyə uyğun olaraq vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması, cavablandırılması işini təşkil edəcəklər.
Filiallar əhalinin sağlamlığının qorunması məqsədi ilə tədbirlər görəcəklər və icbari tibbi sığortanın təbliği istiqamətində maarifləndirmə işləri aparacaqlar. Həmçinin Agentliyə tibb müəssisələri tərəfindən təqdim olunan icbari tibbi sığorta çərçivəsində göstərilmiş tibbi xidmətlər üzrə reyestrlərin qiymətləndirilməsində, məlumatların araşdırılmasında dəstək olacaqlar. Habelə, filiallar tibb müəssisələrində istifadəyə verilmiş proqram təminatının idarəedilməsi ilə bağlı yarana biləcək texniki problemlərin həlli istiqamətində müvafiq tədbirlər görəcəklər.
Qeyd olunmalıdır ki, 2020-ci il ərzində Agentliyin daha 8 filialının fəaliyyətə başlaması nəzərdə tutulub. Sözügedən filiallar Şamaxı, Göyçay, Şəki, Şirvan, Şəmkir, Ağcabədi, Cəlilabad və Lənkəranda fəaliyyət göstərəcəklər. Ümumilikdə Agentliyin 11 filialının fəaliyyəti nəzərdə tutulur.
Xəbərlər
İlkin səhiyyə xidməti təkmilləşdirilir
24 Aprel 2024 10:15
Zaur Əliyev Daşkəsən rayonunda vətəndaşları qəbul edib
22 Aprel 2024 10:52
Böyrəyin çıxarılması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır
19 Aprel 2024 09:45
Katarakta əməliyyatı zamanı Amerika istehsalı olan linzalar icbari tibbi sığorta ilə qarşılanır
16 Aprel 2024 10:30
Agentlik tərəfindən 101 tibb müəssisəsi monitorinqlərə cəlb edilib
05 Aprel 2024 17:53
İcbari tibbi sığorta ilə transfuzioloji yardım təkmilləşdirilir
01 Aprel 2024 11:56
Zaur Əliyev Kürdəmir rayonunda vətəndaşları qəbul edib
29 Mart 2024 15:00
Təxliyə zamanı həyati təhlükəsi olanlara təcili tibbi yardım göstərməyə imkan verən yeni ambulanslar alınıb
18 Mart 2024 12:40
Qlaukomanın müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12 Mart 2024 12:23
İcbari tibbi sığorta üzrə xidmətlərin göstərildiyi Liv Bona Dea Hospitalına media-tur təşkil edilib
06 Mart 2024 17:00