28 Oktyabr 2022 15:01

Agentliyin İdarə Heyətinin sədri Ağcabədi rayonunda vətəndaşları qəbul edəcək

Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev 18 noyabr 2022-ci il tarixində Ağcabədi, Ağdam və Laçın rayon sakinlərini qəbul edəcək.

Qəbul Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsi 104 ünvanında yerləşən Ağcabədi rayon Mərkəzi Xəstəxanasında saat 10:00-da başlayacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədlə birgə Ağcabədi, Ağdam və Laçın rayon mərkəzi xəstəxanalarının Ümumi şöbələrinə müraciət etməklə, eləcə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1542 Çağrı mərkəzinə, (+994 12) 310 07 70 (daxili 2117) əlaqə nömrəsinə zəng etməklə və ya Agentliyin www.its.gov.az rəsmi saytının vətəndaşların qəbulu üçün onlayn qeydiyyat bölməsi vasitəsilə, yaxud info@its.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlardan Agentliyin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı müraciət etmələri və şəxsiyyəti təsdiq edən sənədlə birgə gəlmələri xahiş olunur. Müraciətini yazılı təqdim etmək istəyən vətəndaşların diqqətinə çatdırırıq ki, müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər. 

Qəbula qeydiyyat 17 noyabr 2022-ci ilsaat 18:00-da başa çatır.

Elanlar

“Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair dövlət proqramı üzrə tibbi sərfiyyat malları”nın satın alınması üçün keçirilmiş açıq tenderin qalibi müəyyən olub

18 Yanvar 2023 10:00

Agentlik “MRT aparatları üçün maye halında helium qazının və dolum xidmətləri”nin satın alınması üzrə açıq tender elan edir

13 Yanvar 2023 12:00

"Hemofiliya xəstəliyi ilə mübarizə tədbirləri çərçivəsində dərman vasitələri”nin satın alınması məqsədilə keçirilmiş təkliflər sorğusunun qalibi müəyyən olub

12 Yanvar 2023 14:10

Agentlik dağınıq skleroz xəstələrinin müalicəsi üçün dərman vasitələrinin satın alınmasına dair “Zeytun Pharmaceuticals” MMC ilə müqavilə bağlayıb 

30 Dekabr 2022 09:40

Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev 27 yanvar 2023-cü il tarixində Mingəçevir, Yevlax və Ağdaş sakinlərini qəbul edəcək

29 Dekabr 2022 11:50

“Uşaqlarda anadangəlmə ürək qüsurlarının aradan qaldırılması tədbirləri üzrə dərman vasitələri”nin satın alınmasına dair keçirilmiş tenderin qalibi müəyyən olub

19 Dekabr 2022 12:00

“Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramının icrası məqsədilə dərman vasitələrinin və tibbi sərfiyyat malları”nın satın alınmasına dair keçirilmiş təkliflər sorğusunun qalibi müəyyən olub

19 Dekabr 2022 11:45

“Tibb müəssisələri üçün tibbi avadanlıqlar və tibbi alətlər”in satın alınmasına dair keçirilmiş açıq tenderin qalibləri müəyyən olub

06 Dekabr 2022 11:47

"Şəkərli diabet üzrə Dövlət Proqramı üçün inyeksion şəkərsalıcı və oral hipoqlikemik dərman vasitələri”nin satın alınması üzrə tender elan edilib

30 Noyabr 2022 17:30

"Şəkərli diabet üzrə Dövlət Proqramı üçün tibbi ləvazimat və sərfiyat malları”nin satın alınması üzrə tender elan edilib

30 Noyabr 2022 17:00

Zəng sifariş et