30 Oktyabr 2019 16:08
Agentliyin konsolidə olunmuş maliyyə hesabatlarına dair kənar auditor rəyi ilə bağlı açıqlaması
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) Nizamnaməsinin 4.5.18-ci bəndinə əsasən öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir. Nizamnamənin tələbini rəhbər tutaraq Agentlik 2018-ci il üzrə illik maliyyə hesabatının auditini böyük dördlük adlanan audit şirkətlərindən biri olan “PwC Azerbaijan” MMC-yə həvalə edib.
Öz fəaliyyətində daim şəffaflığın təmin olunmasına önəm verən Agentlik “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq konsolidə edilmiş maliyyə hesabatlarına dair kənar auditor rəyini qurumun rəsmi internet səhifəsində yerləşdirib.
Hazırkı konsolidasiya edilmiş maliyyə hesabatları 31 dekabr 2018-ci il tarixində başa çatan il üzrə Agentliyin və onun törəmə müəssisələri üçün (birlikdə “Qrup” adlandırılır) Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanmışdır. Nəzərinizə çatdırırıq ki, “Hökumət subsidiyalarının uçotu və hökumət yardımı haqqında məlumatın açıqlanması” adlı 20 nömrəli Mühasibat Uçotunun Beynəlxalq Standartının 2 (c) bəndinə əsasən, dövlət büdcəsindən daxil olan vəsaitlər Agentliyin gəliri kimi tanınmadığı üçün həmin vəsaitlər Agentliyin konsolidasiya edilmiş mənfəət və ya zərər və s. məcmu gəlir haqqında hesabatında qeyd olunmamışdır. Sözügedən vəsaitlər Agentliyin konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatında kapital bölməsinin sair ehtiyatlar bölməsində əks etdirilmişdir.
Bununla da illər üzrə dövlət büdcəsindən daxil olan vəsaitlərin gəlir kimi tanınmaması səbəbindən Agentlik müvafiq illəri zərərlə başa vurmuşdur.
Agentliyin əsas əməliyyat gəlirləri yığılmış sığortahaqları hesab edilir. Sığortahaqlarının yığımı 2018-ci ildə olmadığı, həmçinin dövlət büdcəsindən daxil olan məbləğlər gəlir kimi tanınmaması ilə əlaqədar ötən il zərərlə bitmişdir. Ötən ilin tanınmış gəlirləri isə cəmi 1 milyon 543 min manat olmuşdur ki, bura baza zərfi ilə əhatə olunmayan (istisnalar zərfi) tibbi xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər və ödənilən azadolma məbləği aiddir. Hesabatda qeyd olunduğu kimi 2018-ci ildə pilot ərazilərdəki vətəndaşların istifadə etdiyi tibbi xidmətlərin maya dəyəri 30 milyon 340 min manat təşkil edib, Agentliyin ümumi və inzibati xərcləri 11 milyon 306 min manat təşkil edib.
Ötən ilin sonuna Agentliyin nizamnamə kapitalı 4 milyon manat, Qrupun cəmi kapitalı 70 mln 536 min təşkil edir. Qrupun aktivləri 73 milyon 609 min manat təşkil edib ki, bu aktivlərin 85%-i uzunmuddətli aktivlərdir. Qrupun uzunmüddətli öhdəlikləri mövcüd deyil, qısamüddətli öhdəlikləri 3 milyon 73 min təşkil edib.
Qeyd edək ki, Agentlik publik hüquqi şəxsdir və məqsədi mənfəət qazanmaq deyildir. Bundan başqa, icbari tibbi sığortanın pilot layihə kimi tətbiq olunduğu ərazilərdə (Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonları) baza zərfi çərçivəsində 340 min sakinə göstərilən tibbi xidmətlər pulsuzdur. Bu da öz növbəsində hesabatda xərclərin gəlirləri üstələməsinə təsir edən vacib amillərdən biridir.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49