27 İyul 2017 11:11
Avropa Birliyi Tvinninq layihəsi vasitəsilə Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə dəstək verir
Avropa Qonşuluq Siyasəti çərçivəsində icbari tibbi sığorta sahəsi üzrə ölkə qanunvericiliyinin təkmilləşdirilməsi və Avropa Birliyinin bu sahədə mövcud qanunvericilik sistemi ilə uyğunlaşdırılması məqsədilə Avropa Birliyi tərəfindən Tvinninq layihəsinə start verilmişdir.
Həyata keçiriləcək layihəyə əsasən, iki il ərzində Avropa ölkələrinin müvafiq istiqamət üzrə böyük təcrübəyə malik mütəxəssis və ekspertləri Avropanın qabaqcıl təcrübəsinə əsaslanaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə dəstək verəcəklər.
Layihə çərçivəsində Agentliyin institusional imkanlarının artırılmasına, hüquqi bazanın möhkəmləndirilməsinə, icbari tibbi sığortanın maliyyə alətlərinin formalaşdırılmasına, tibbi xidmətlərin satınalınmasına, baza zərfinin strukturuna və əhatə dairəsinə, tariflərin hesablanmasına, habelə informasiya texnologiyaları sisteminin düzgün qurulmasına dair ixtisaslaşmış ekspert məsləhət və rəylərinin verilməsi planlaşdırılır.
Bu layihə icbari tibbi sığortanın tətbiqində və islahatların aparılmasında böyük rol oynayacaqdır.
Xəbərlər
Öd kisəsinin xaric edilməsi icbari tibbi sığorta ilə ödənişsizdir
08 Dekabr 2023 11:15
Zaur Əliyev Qubada vətəndaşları qəbul edib
23 Noyabr 2023 16:45
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi media nümayəndələri üçün təlim keçirib
22 Noyabr 2023 16:00
Xəstəxanaların idarəedilməsi sahəsində 60 nəfər rəhbər heyət Türkiyə təcrübəsini öyrənir
14 Noyabr 2023 16:50
“Medinex” və “Beauty Azerbaijan” sərgilərinin açılış mərasimi keçirildi
02 Noyabr 2023 14:00
Süd vəzi müayinəsi icbari tibbi sığorta təminatına daxildir
31 Oktyabr 2023 09:10
İcbari tibbi sığorta ilə LOR əməliyyatları icra olunur
30 Oktyabr 2023 15:00
Zaur Əliyev Lənkəranda vətəndaşları qəbul edib
27 Oktyabr 2023 15:37
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatı
26 Oktyabr 2023 12:08
Xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün tibbi aksiyalar keçirilib
20 Oktyabr 2023 12:30