15 Aprel 2016 11:15
Avropalı ekspertlər Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müzakirələr aparıblar
Avropa İttifaqanın maliyyələşdirdiyi “SOCEIUX” layihəsi çərçivəsində icbari tibbi sığorta və səhiyyə islahatları üzrə ekspertlər Mişel Villak, Erika Riçardson, Andrey Tretyak Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəvəti ilə Bakıya gəliblər.
Ekspertlər Agentlikdə keçirilən görüşlərdə dünyada səhiyyənin maliyyələşmə yolları ilə bağlı təqdimat ediblər. İcbari tibbi sığorta sisteminin ödəmə metodları, Azərbaycanda icbari tibbi sığortanın tətbiqi üçün aparılmalı olan islahatlar müzakirə mövzusu olub.
Bir həftə davam edən görüşlərdə Agentliyin mütəxəssisləri MDB və Avropa ölkələrinin icbari tibbi sığorta sistemləri haqqında söhbət açıblar. Azərbaycanın hansı ölkələrin təcrübəsindən yararlana biləcəyini, həmin ölkələrdə icbari tibbi sığorta sistemi qurularkən ortaya çıxan çətinlikləri və eyni problemlərlə üzləşməmək üçün önləyici tədbirlərin həyata keçirilməsi haqda fikir mübadiləsi aparıblar.
Xəbərlər
Dünya Bankının nümayəndələri ilə Agentlikdə görüş keçirilib
19 May 2022 14:13
Aprel ayında icbari tibbi sığorta çərçivəsində 3 milyondan çox tibbi xidmət göstərilib
18 May 2022 10:22
Səhiyyənin rəqəmsallaşdırılması ilə bağlı seminar təşkil olunub
17 May 2022 16:36
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə məlumatı
14 May 2022 15:15
“Qazilərin Gücləndirilməsi Layihəsi”nin ikinci mərhələsi başa çatıb
13 May 2022 16:05
Beynəlxalq Talassemiya Günü ilə bağlı tədbir keçirilib
06 May 2022 19:41
Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı artırılıb
06 May 2022 12:48
“Birləşmiş Krallıq səhiyyə sahəsində tərəfdaşınızdır” mövzusunda konfrans keçirilib
05 May 2022 16:47
Agentliyin İdarə Heyətinin sədri Neftçalada vətəndaşları qəbul edəcək
05 May 2022 16:17
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi mətbuat konfransı keçirib
02 May 2022 12:38